“Sovetski” sakinləri Yasamal İH-ə yürüş etdi: aksiyadan – Fotolar
Bakının “Sovetski” məhəlləsinin 100-dən çox sakini Yasamal Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıb.
Reportoyor.info-nun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sakinlər icra başçısı Elşad Həsənovla görüş tələb edirlər. Onların sözlərinə görə, evlərinin sökülməsi ilə bağlı kompensasiyaların ödənişində ədalətsizliyə yol verilib, torpaq sahələri hesablanmayıb, əksər vətəndaşlar ev ala bilməyiblər, kirayələrdə yaşayırlar.
Sakinlər Maliyyə Nazirliyinin, bu iş üzrə Yasamal İH-də yaradılmış komissiyanın haqsızlığa yol verdiyini, əmlak bazarındakı qiymətlərə uyğun olmayan təzminat verildiyini bildiriblər. Aksiya iştirakçıları icra başçısı E.Həsənovun onları qəbul etmədiyini, dəfələrlə müraciət etsələr də, laqeydlik göstərdiyini bildirirlər.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...