SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?

Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?

Tarix:

9-03-2021, 10:36

/ 817 dəfə oxundu.
Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi “İnterkabel” firması ilə 295 561.63 manatlıq müqavilə imzalayıb.

Reportyor.info xəbər verir ki, müqavilədə elektrik mallarının satınalması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İnterkabel” 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.
Açıq mənbələrdə Yasin Molanov haqqında hər hansı məlumat olmasa da, qanuni təmsilçisi olduğu şirkət kifayət qədər populyardır.
“İnterkabel”lə bağlı araşdırma apararkən məlum olur ki, şirkət əsasən iri məbləğli tenderlərin qalibi olur. Özü də firmaya iri dövlət qurumları da sifarişlər verir.
Təkcə ötən il Bakı Metropoliteni QSC “İnterkabel” firması ilə 1.2 milyon , “Azərsu” ASC 2.3 milyon, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi isə 2,99 milyon manatlıq müqavilə imzalayıb. 20 manatlıq şirkətlə belə iri məbləğli müqavilələrin imzalanması bir qədər şübhəli görünür.
“İnterkabel” firması Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin də sevimli şirkətidir. Araşdlrmalarımız zamanı bəlli olub ki, qurum 2020-ci ildə toplam maliyyə dəyəri 865 177 manat təşkil edən satınalma müqaviləsi bağlayıb. Ümumiyyətlə isə 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayına qədər Xidmət Sahəsi ilə “İnterkabel” firması arasında 1 125 979 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Yeri gəlmişkən, Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi vaxtaşırı elektrik mallarının satınalması üzrə müqavilələr bağlayır. Məsələn, 17 noyabr 2020-ci il tarixdə qurum “Web-Servis” firması ilə 70 min, 21 may 2020-ci il tarixdə “Reliable Oil Services” MMC ilə 297 513.4 manatlıq müqavilə imzalayıb. Həmin ildə “İnterkabel” şirkəti ilə imzalanan müqavilələri də buraya əlavə etsək ki, aydın olur ki, qurum 1 ildə milyonlarla vəsaiti elektrik mallarının alınmasına xərcləyib.
Mediada gedən məlumatlara görə, Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin tez-tez tenderlər keçirməsi səbəbsiz deyil. Bu qurum Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tabedir. Birliyin rəisi isə Zakir Fərəcovun bacısı oğlu Hüseyn Həsənovdur. İddia olunur ki, Xidmət Sahəsinin keçirdiyi şübhəli tenderlərin arxasında da Hüseyn Həsənov dayanır. Təbii ki, icra başçısı olan dayısına arxalanaraq…

Şərhlər

XƏBƏR LENTİ