Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma – Qoşqar Təhməzli 49 min manatı nəyə xərcləyəcək?
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 48.869 manatlıq satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, İnstitutun “media xidmətlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmanın qalibi “Buludmedia” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
“Buludmedia” MMC 2016-cı ildə təsis edilib.
10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə, ev 6, mənzil 8 ünvanıdır.
Cəmiyyətin qanuni təmsilçisi Cəfərov Emil Kamal oğludur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.
Qida Təhlükəsizliyi İnstitutunun 49 min manata media xidmətlərini satınalnması maraq doğurmaya bilməz. Çünki institutun bu satınalmasının məbləği bəzi nazirliklərin sözügedən xidmət üzrə sifarişçi olduqları satınalmaların smetasından qat-qat baha görünür. Görünür, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi sözügedən satınalma vasitəsi ilə mediada şəxsi piarını aparmaq niyyətindədir…
pia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...