Agentliyin rəhbərliyinə qarşı ittiham: - "İstefa versinlər"
"İndiyədək NRYTN-in İnnovasiyalar Agentliyi ilə bağlı söz yazmışam. Çoxu da tənqidi olub. Çünki Agentlik müxtəlif səbəblərdən hüquqi sənədlərlə qarşıya qoyulan vəzifələrin heç birini indiyədək yerinə yetirə bilməyib".
Cebhe.info xəbər verir ki, bu sözləri İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, bu gün agentliyun ekosistemdəki vəziyyətlə bağlı keçirdiyi müzakirəsində vəziyyətdən çıxış yolu ilə bağlı yanaşmalarının yenə də qüsurlu olduğunu söyləyib:
"Quruma rəhbərlik edənlərin gənc və perspektivli, intellektual olmasına baxmayaraq, ekosistemə mühafizəkar, maraqlı tərəflərə qeyri-konstruktiv baxışlarının yaxın zaman üçün fayda verəcəyini düşünmürəm.
Mənim üçün əslində aydın olan situasiya daha da aydınlaşıb. Çox, lap çox təəssüf edirəm ki, agentlik yaranandan sonra xeyli zaman itirdik. Qonşu ölkələrin ekosistemlə, innovasiya və süni intellektlə bağlı reytinq cədvəllərini artıq dərc etməyə də əlim gəlmir. Ləngiyirik".
O, İnnovasiya Agentliyinin hazırkı durumu və çıxış yolları ilə bağlı təklifləri qeyd edib:
"NRYTN-in İnnovasiya Agentliyinin rəhbərliyi, səbəblərdən asılı olmayaq, qarşıya qoyulan vəzifələri reallaşdıra bilmədiyi üçün tam tərkibdə istefa verməlidir. İnnovasiya Agentliyi ümumiyyətlə ləğv edilməli, onun səlahiyyətləri, NRYTN çərçivəsində formalaşdırılacaq tənzimləyici quruma verilməlidir. İnnnovasiya Agentliyi müstəqil olmalıdır. Hansı ki, indiki tərkibdə, indiki yanaşmalarla onun uğur qazanacağı elə də inandırıcı görsənmir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək