SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tarixin dərsləri

Tarixin dərsləri

Tarix:

27-02-2021, 11:56

/ 1 567 dəfə oxundu.
Tarixin dərsləri

Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli istiqamətində çox böyük işlər görülür. Dövlət başçımız 25 fevral 2021-ci il tarixdə Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunmasında iştirak etmişdir. Ölkə prezidentimiz çıxış edərək bildirmişdir ki, şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir. Müharibədən 3 ay yarım keçib, lakin şəhid ailələri dövlət tərəfindən mənzillərlə təmin edilir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilmişdir. Demək olar ki,qazilərimiz protezlərlə və müharibə əlilləri maşınlarla təmin edilmişdir.Hal-hazırda dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. IQarabağ müharibəsi zamanı ölkənin rəhbərliyində duran qüvvələrin səriştəsizliyi və istəksizliyi qələbənin əldə olunmasını mümkünsüz etdi. 1992-ci ildə Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə ermənilər tərəfindən hücümlar genişləndirildi. Dağlıq Qarabağdakı ərazilər bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. 1992-ci il mayın 8-də Ermənistan Şuşa şəhərinin tutulması ilə Dağlıq Qarabağın bütün ərazilərini ələ keçirmiş oldu. Bir neçə gün sonra Laçın rayonunun işğalı ilə Dağlıq Qarabağla Ermənistan arasında birbaşa əlaqə yaradıldı. Hücuma məruz qalmış Kəlbəcər aprelin 3-də işğal olundu.Minlərlə adam əsir alındı və görünməmiş vəhşiliklərə məruz qaldı. O dövrdəki rəhbərlik ölkəyə tam nəzarət etməkdə çətinlik çəkirdi. AXCP dövründə hakimiyyətə gələn qüvvələr xalqın etibarını itirməyə başladılar. Onlar hakimiyyəti möhkəmləndirə və ondan xalqın xeyrinə səmərəli istifadə edə bilmədilər. 1993-cü ildə Xalq Ulu öndərin ətrafında sıx birləşdi. Heydər Əliyev Azərbaycan xalqının lideri kimi qəbul edildi, xalqı fəlakətlərdən qurtarmağa, o dövürdəki iqtidara, siyasətçilərə düzgün yol göstərməyə səy göstərdi.
Bu gün xalq özü qədər inandığı və gələcəyinə böyük ümid bəslədiyi Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında birləşərək hədəflərə çatdı. 30 il həsrətində olduğumuz Qarabağın işğaldan azad olunması sentyabr ayının 27-dən başlayaraq “Dəmir Yumruq” əməliyyatı-44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan və Ermənistan arasında bəyənatın imzalanması ilə nəticələndi. Bu müharibədə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək düşmənə zərbə endirdi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər boyük, yenilməz, dərin iradəli xalq olduğunu göstərdi. Bu boyük tarixi qələbədə gənclərimiz əsl qəhrəmanlıq nümayiş etdirdilər. Şəhidlərimizin böyük əksəriyyəti gənclərdir. Bizim bugünki gəncliyimiz xalqını, millətini sevən gənclikdir. Bəli,30 illik bir həsrətə son qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz qızıl hərflərlə yeni bir tarix yazdı. Bu tarixin bir adı var. Qarabağ Azərbaycandır!.

Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru Təhməzova Sitarə

Şərhlər

XƏBƏR LENTİ