SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ETSN “Ağ Göl” Milli Parkını kimdən qorumalıdır? - Brokonyerlərdən, yoxsa direktordan?..

ETSN “Ağ Göl” Milli Parkını kimdən qorumalıdır? - Brokonyerlərdən, yoxsa direktordan?..

Tarix:

23-02-2021, 14:44

/ 688 dəfə oxundu.
ETSN “Ağ Göl” Milli Parkını kimdən qorumalıdır? - Brokonyerlərdən, yoxsa direktordan?..

Bir zamanlar ETSN-dən qovulan Xəzər Məhərrəmovun birbaşa rəhbərliyi altında “Ağ Göl” Milli Parkında qanunsuz ov davam edir…
Son günlər sosial şəbəkələrdə “Ağ Göl” Milli Parkının ərazisində açıq-aşkar ov edilməsi barədə fotolar paylaşılır. Bu isə o anlama gəlir ki, Ağ Göl Milli Parkının direktoru Xəzər Məhərrəmov da sələflərinin yolu ilə gedir.


MilliYol-a daxil olan məlumatda bildirilir ki, keçən il Xəzər Məhərrəmovun “Ağ Göl” Milli Parkına direktor təyin edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daxilində narazılıqla qarşılanmışdı. Ancaq Xəzər Məhərrəmovun himayədarı kimi tanınan nazir müavini Vüqar Kərimovun ETSN-də sözünün qabağına söz deməyə heç kəsin cəsarəti çatmır.
Muxtar Babayevdən sonra nazirlikdə əsas söz sahibinə çevrilən Vüqar Kərimov özünə yaxın adamları vəzifələrə təyin etməklə məşğuldur. Onlardan biri də hazırda “Ağ Göl” Milli Parkında direktör vəzifəsində olan Xəzər Məhərrəmovdur

Vaxtı ilə yol verdiyi ciddi nöqsanlara görə ETSN-nin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən qovulan Xəzər Məhərrəmovun birdən-birə nazirliyə işə bərpa edilməsi və qısa müddət sonra “Ağ Göl” Milli Parkı kimi strateji bir quruma direktor təyin edilməsi isə onun arxasında Vüqar Kərimov kimi himayədarının olmasından irəli gəlir. Qeyd edək ki, Xəzər Məhərrəmovun birbaşa vəzifəsi “Ağ Göl” Milli Parkında ölkəmizin nadir flora və faunasını qorumaqdan ibarətdir. Lakin daha əvvəllər də olduğu kimi, “Ağ Göl” Milli Parkı brokonyerlərin ovlağına çevrilib. Burdan tutulan balıqlar, ovlanan quşlar isə bazarlarda satılır.

Təbii ki, brokonyerlər özbaşına “Ağ Göl” Milli Parkında ov edə bilməzlər. Müasir texnologiyaları nəzərə alarsaq, bu sadəcə mümkün deyil. O zaman brokonyerləri də dövlət qoruğunda ov ovlayıb, quş-quşlamağa icazə verənlər var və bu icazəni verənlərin də “Ağ Göl” Milli Parkının direktörü səviyyəsində olması da şübhə doğurmamalıdır.

Bu gün Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayon bazarlarında Ağ Göl Milli Parkından brokonyerlər tərəfindən ovlanan balıqlar satılır. Bu məsələlərdən Xəzər Məhərrəmovun xəbəri yoxdursa demək ki, gənc direktor qoruğun mühafizəsinə nəzarət edə bilmir. Yeni direktor Ağ Göl Milli Parkının mühafizəsinə nəzarəti təşkil edə bilmirsə demək ki, vəzifəsinin öhdəsindən gələ bilmir. Ya da direktör brokonyerlərdən qorumaqla vəzifəli olduğu dövlət qoruğunda “açıq bazar” açıb. Yəni Xəzər Məhərrəmovun durub, “bütün bunlar yalandır, şərdir, böhtandır”, deməsi də ağ yalan olar.

Maraqlı məqamlardan biri isə hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında Xəzər Məhərrəmovun 2066-ci ildə nazirliyin “Qaynar xətt”inə başqasının adından zəng edərək saxta şikayət etməsi barədə məlumatın hələ də qalmasıdır. Həmin məlumatda qeyd edilir ki, Xəzər Məhərrəmov başqa adla qərəzli şikayət verdiyini, məlumatın həqiqətə uyğun olmadığını və qərəzli xarakter daşıdığını etiraf edib. Nazirliyin əməkdaşları tərəfindən bununla bağlı müvafiq akt tərtib olunub.

milliyol.az
ETSN “Ağ Göl” Milli Parkını kimdən qorumalıdır? - Brokonyerlərdən, yoxsa direktordan?..



Şərhlər

XƏBƏR LENTİ