Ruslan Əliyev deyir ki, gücləndirilmiş rejimdəyik, amma... - Bakının mərkəzində qaz şam kimi yanır...
Sabahdan “Azəriqaz” İstehsalat Birliyi yenə gücləndirilmiş iş rejimində çalışacaq". DİA.AZ bildirir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehslat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.
“Bildiyiniz kimi, hava şəraitinin kəskin soyuması gözlənilir. Əslində, biz fevral ayının 17-dən onsuz da bu rejimdə çalışırdıq. Ötən dəfə özünüz də müşahidə etdiniz ki, bəzi qəza hallarını çıxmaqla qaz təchizatında dayandırmalar olmadı. Bu dəfə çalışacayıq ki, ümumiyyətlə belə vəziyyət yaranmasın”,- deyə R. Əliyev bildirib.
R. Əliyev qeyd edib ki, o, abonentlərin yanındadır: “İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz”.
Cənab Ruslan Əliyevin “İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz” açıqlamasndan istifadə edərək, biz də öz növbəmizdə redaksiyamıza daxil olan müraciəti onun diqqətinə təqdim edirik.
DİA.AZ-a yazan Bakının mərkəzi rayonun olan - Səbail rayonunun Şıxov səmtinin sakinləri bildirir ki, son 2 gündə evlərinin təbii qazla təminatında ciddi problemlər yaranıb: "Havalar kəskin soyuyanda hər dəfə belə olur. İki gündür ki, qazın təzyiqi o qədər aşağı salınıb ki, hətta kombiləri belə işlətmək olmur".
Sakinlər bildirir ki, bununla bağlı "Azəriqaz"a etdikləri müraciətlər də cavabsız qalır. Biz isə öz növbəmizdə cənab Ruslan Əliyevin nəzərinə həmin şikayəti çatdırmaqla yanaşı bildiririk ki, əslində "Azəriqaz" son günlər barəsində ən çox şikayət olunan qurumlardan biridir. O səviyyədədir ki, insanlarımız hətta Əkbər Hacıyevin döpvrünı şükür belə oxuyurlar...
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək