Orta məktəbdə 8 Martla bağlı "bəyannamə": "Minimum 100 manat olmalıdır" - Foto
Sosial şəbəkələrdə 106 nömrəli məktəbdə 8 Marta pul yığılması ilə bağlı "bəyannamə"nin hazırlanmasına dair fotolar yayılıb.
Yayılan fotolarda "bəyannamə"nin 11-si siniflər üçün nəzərdə tutulduğu və bir neçə bənddən ibarət olduğu görünür. Belə ki, "bəyannamə"də qeyd olunub ki, bu il sonuncu ildir və buna görə də müəllimləri təbrik etmək lazımdır. Bununla yanaşı, qiymət bu il daha yüksək, minimum 100 manat olmalı, pul verilməzsə 5 Oktyabrda olduğu kimi müəllimlər şagirdlərin qiymətini kəsəcəklər və s. kimi maddələr "bəyannamə"də öz əksini tapıb.
İddialara görə, "bəyannamə" müəllimlər tərəfindən hazırlanıb. Fotolarda "bəyannamə"nin 18 fevral 2021-ci il tarixində tərtib olunduğu qeyd olunub.
yeniavaz.com

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək