XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Pilot Holdinq” MMC-nin təxribatı... - ölkə başçısına müraciət olunacaq

Pilot Holdinq” MMC-nin təxribatı... - ölkə başçısına müraciət olunacaq

Pilot Holdinq” MMC-nin təxribatı... - ölkə başçısına müraciət olunacaq
19-02-2021, 10:12

7NEWS.az xəbər verir ki, bu barədə təxribatın qurbanı olan İsayev Roman Foviz oğlu məlumat verib. Onun sözlərinə görə cinayətlə bağlı bütün məhkəmə prosesləri başa çatıb, ədalətli qərar çıxarılıb. Ali Məhkəmənin qərarı ilə iş Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərildi, ordan isə hələdə cavab gəlməyib: "Mən İsayev Roman Foviz oğlu 11 aprel 2017-ci il tarixdə (red. 36 saylı müqavilə) tarixdə "Pilot Holdinq” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsi 17-19 ünvanda tikdiyi binadan (B girişi, 9-cu mərtəbə), ümumi sahəsi 83.26 kv.m olan mənzil almışam. Bu barədə müqaviləni, son 10 min manatın ödəniş qəbzini, borcum olmaması barədə arayışı da sizə təqdim edirəm. 15 fevral 2019-cu il tarixdə öyrəndim ki, məzili artıq başqa adama - Zamanov Vüsal Fazil oğluna (red. 70 saylı müqavilə) satıblar. Bununla bağlı şirkətin rəhbərliyi ilə dəfələrlə mübahisəmiz də düşdü. İyirmi birinci əsrdə belə bir cinayəti törətmək, yumşaq desək özbaşınalıqdır. Məsələni şirkət həll etmədi və kiçik məbləğlərlə məni mövcud situasiya ilə barışmağa dəvət etdi. Bundan sonra məhkəmə prosesləri başladı. Bütün məhkəmələrdə sözün əsl mənasında döyüşdüm, mübarizə apardım və qalib gəldim. Ancaq bu qədər vaxt keçməsinə baxmayaraq, məsələ həllini tapmayıb. İndi mən həyat yoldaşım və övladlarımla kirayələrdə qalmışam. Şirkətin mənə və ailəmə vurduğu mənəvi zərər isə maddi zərərdən 10 dəfə çoxdur. Mənim maddi dururum heç 1 otaqlı ev belə almağa imkan vermir. İndi mən nə etməliyəm, ömrümün axırına qədər küçələrdə qalmalıyam? Bu şirkəti tikənlərin övladları, nəvələri yoxdur? İnsan nə qədər qəddar, vicdansı olmalıdır ki, kasıb, gənc bir ailənin həyatını darmadağın etsin. Məsələ ilə bağlı Cənab Prezidentə, I Vitse-Prezidentə müraciət ünvanlayacam. Mənim mübarizə aparmaqdan, haqqıma düşəni almaqdan başqa yolum yoxdur. Sonuncu dəfə Ali Məhkəmənin qərarı ilə qərardat çıxarıldı və araşdırılması üçün iş Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərildi, ordan isə hələdə cavab gəlməyib. Ali Məhkəmədə isə "Pilot Holdinq” MMC-nin rəhbəri Təhməzov Amil Qulu oğlu evi qanunsuz olaraq başqasına satdığını etiraf edib.”

7NEWS.az olaraq "Pilot Holdinq” MMC-nin rəhbəri Təhməzov Amil Qulu oğlu ilə bağlı araşdırma elədik. Məlum oldu ki, Amil Təhməzov bir neçə MTK-nın və MMC-nin rəhbəridir. O, həmçinin, "Ərzurum” Şadlıq Sarayının da sahibidir. 7NEWS.az olaraq Amil Təhməzovun da mövqeyini öyrəndik. Amil Təhməzov da şirkətin günahı olmadığını dedi: "Bu iş hələ məhkəmədədi. Biz yenidən Ali Məhkəməyə müraciət etmişik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də qeyd edib ki, burada heç bir qanunsuzluq yoxdur. "Pilot Holdinq” MMC bağandığına görə nömrələr, elektron poçt ünvanlar da işləmir”. Müxbirimizin "Axı siz İsayev Roman Foviz oğlu ilə rəsmi müqavilə bağlamısınız, ödəniş qəbzləri də var, əmlak onun adınadır” sualına Amil Təhməzov "Biz o müqaviləni "prosto” bağlamışıq, atası xahiş etdi, biz də bağladıq” cavabını verib.

7NEWS.az olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa məsələ ilə bağlı rəsmi sorğu göndərəcək, yekun cavabı saytımızda dərc edəcəyik.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Pilot Holdinq” MMC-nin təxribatı... - ölkə başçısına müraciət olunacaq







XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.