SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xırdalanda hər ay “qoparılan” 40 min hara gedir? – Ekspert

Xırdalanda hər ay “qoparılan” 40 min hara gedir? – Ekspert

Tarix:

18-02-2021, 17:29

/ 1 813 dəfə oxundu.
Xırdalanda hər ay “qoparılan” 40 min hara gedir? – Ekspert

Xırdalanda əhalidən məişət tullantılarının yığılması və daşınması tarifləri artırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib. O bildirib ki, hazırda adambaşına zibil pulu aylıq 50 qəpikdir:

“Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli qərarına əsasən, adambaşı aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini JEK-lər həyata keçirir. O JEK-lər ki, statusu Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmir. Şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur. Abşeron RİH-in məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmləşdirirlir?”.
Ekspert Xırdalan sakinlərinə müraciət edib:
“Zibilə görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, zibil pulunun artırılması ilə bağlı məlumatın heç bir hüquqi əsası yoxdur:

“Dövlət tərəfindən müəyyən edilmiş qiymətdir, heç bir artımdan söhbət gedə bilməz. Hazırda zibil pulu adam başına hesablanır və 30 qəpikdir”.

Şərhlər

XƏBƏR LENTİ