SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb - FAKT BUDUR!

"Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb - FAKT BUDUR!

Tarix:

18-02-2021, 15:55

/ 746 dəfə oxundu.
"Azərsun” ölkədə süni bahalaşma dalğası yaradıb - FAKT BUDUR!

Azərsun” holdinqin istehsalı olan qida məhsullarının qiymətində fantastik bahalaşma müşahidə olunur. Reportyor.info-nun əməkdaşının müşahidələrinə görə, marketlərdə yağların və çayın qiymətində artım var.

Market sahibləri qiymətlərin qalxmasını “Azərsun” holdinqin bahalaşmaya getməsi ilə əlaqələndirir. Hazırda “Final” yağları 4, 89 manat, “Azərçay” isə 1, 94 manat olub.

Eyni artım “Möcüzə” yağında və digər məhsullarda qeydə alınıb. İqtisadçıların sözlərinə görə, “Azərsun” açıq şəkildə qanunları pozur, süni qiymət artımına yol verir və bu da dövləti sabotaj etməkdən ibarətdir.

Çünki ölkədə hər hansı inflyasiya, devalvasiya prosesi getmir, dövlət tərəfindən süni qiymət artımına qarşı mübarizə aparıldığı söylənilir, “Azərsun” holdinq isə iqtisadi siyasətə qarşı addım atır.

Bundan əlavə, marketlərdə “Azərsun” istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).

Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).

İqtisadçı-ekspert Natiq Cəfərli bunu dizelin qiymətinin kəskin bahalaşması ilə əlaqələndirib:

“Qiymət artımının bir neçə səbəbi var. Amma obyektiv səbəbi dizel yanacağının qiymətində olan artımdır. Çünki dizel yanacağı loqistikanı xeyli bahalaşdırdı. Təbii ki, daşıma və əkinlərə texniki xidmət qiymətlərinin artması məhsulun maya dəyərinin yüksəlməsinə və qiymətlərin artımına təkan verən əsas faktordur.

Təssüf ki, bu proses hələ yeni başlayır. Təqribən mart, aprel, may aylarında yeni bahalaşma gözlənilir. Bu bahalaşma yerli məhsulların istehsalında və bazara çıxarılmasında dizelin yeni qiyməti ilə bağlı olacaq.

Şərhlər

XƏBƏR LENTİ