XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Azəriqaz”ın xalqa xidmət nümunəsi: Qazlaşdırma üçün hər evdən 8 000 manat rüşvət tələb olunur... - Video

"Azəriqaz”ın xalqa xidmət nümunəsi: Qazlaşdırma üçün hər evdən 8 000 manat rüşvət tələb olunur... - Video

"Azəriqaz”ın xalqa xidmət nümunəsi: Qazlaşdırma üçün hər evdən 8 000 manat rüşvət tələb olunur... - Video
18-02-2021, 13:57

Ruslan Əliyev ölkə prezidentinin məmurların və dövlət qurumlarının xalqa qüsuruz xidmət etməsi ilə bağlı etdiyi çağrışlara beləmi cavab verir?..
Son günlər haqqında ən çox yazılan və əhalinin ən çox şikayətn etdiyi qurum birmənalı olaraq “Azəriqaz” İstehsalat Birliyidir. Sözün düzü Rövnəq Abdullayevin əmri ilə Əkbər Hacıyev bu qurumun rəhbərliyindən alınanda və Ruslan Əliyev quruma direktör gətiriləndə hər kəs düşünürdü ki, “Azəriqaz” İB-də problemlər azalacaq, əhalinin şikayətinə normal yanaşılacaq, ən əsası “Azəriqaz” abonentləri cana-boğaza yığmaqdan əl çəkəcək və pis yaxşı xalqa xidmət edəcəklər. Amma gözləntilərin əksinə olaraq “Azəriqaz” İB-dən şikayətlər artmağa başladı. Hətta artıq deyə bilərik ki, bu qurumun göstərdiyi xidmətdən şikayətlər ərşə dirənib.

Son zamanlar əhalinin böyük hissəsi “Azəriqaz” İB-nin sayğaclarının artıq pul yazmasından şikayətçidir və bu şikayətlərə qarşı qurumdan verilən açıqlamalar ancaq təəssüf hissi doğurur. Yəni qurumun açıqlamaları “mış, muş”dan savayı bir şey deyil və “Azəriqaz” İB-nin rəhbərliyi problemi bilsə də, sadəcə həll etmək istəmir və açıq şəkildə abonentlərini talamaqla məşğuldur. Bu özbaşınalığa görə qurumun rəhbərliyini aidiyyatı orqanlar da məsuliyyətə cəlb etmir. Ən azından bu qədər böyüyən problemi obyektiv araşdıran da yoxdur.

Son bir neçə ayda isə “Azəriqaz” İB sayğaclarla daha bir fırıldağa əl atıb. Əvvəllər abonentin smartkartında ödənilən məbləğ tükənəndə sayğacdan kredit götürmək olurdu. İndi də mümkündür. Lakin indi götürülən kredit havaya gedir və abonentə qaz verilmir. Qaynarxəttə bir neçə dəfə zəng etdikdən sonra isə deyirlər ki, kartınıza minimum 5 manat yükləyin. Əgər abonent götürdüyü kreditdən istifadə edə bilməyəcəksə, onda bu kredit niyə verilir?

“Azəriqaz” İB-nin abonentlərini “soyub soğan qabığına çevirmək” üçün fırıldaqları bunula da bitmir. Bütün deyilənlərə və şikayətlərə baxmayaraq qurum öz işindədir və şikayətlərə də heç əhəmiyyət vermir. Verəndə isə sadəcə özünü haqlı çıxardır. Yəni bu qədər şikayətin heç birinin əsli, üzü yoxdur, deyir…

Aşağıda təqdim etdiyimiz videoçarxda isə “Azəriqaz” İB-nin xalqa xidmətinin bariz nümunəsidir. Açığı bu böyük biabırçılığa qurumun verəcəyi reaksiya bizim çox marağımızı çəkir. Durub nə deyəcəklər? Deyəcəklər ki, videoda görüntülənənlər yalandır, şər və böhtandır?..

Ruslan Əliyev ölkə prezidentinin məmurların və dövlət qurumlarının xalqa qüsuruz xidmət etməsi ilə bağlı etdiyi çağrışlara beləmi cavab verir?.. “Azəriqaz” İB-nin direktörü yerlərdə kəndlərin qazlaşdırılması üçün hər evdən 8 000 manat tələb etməkləmi xalqa xidmət göstərdiyini iddia edir?..

Pia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.