Qaz sayğacları "Bakıxanov Rezidens"də 500 manata satılır
Bakıxanov Rezidens"də ev alan şəxslərə qaz sağyacı 500 manata satılır.
Məsələ ilə bağlı "MediaPost"a sözügedən binanın sakini Həsən Bədəlov müraciət edib.
"Əhaliyə pulsuz verilən qaz sayğaclarını niyə bizə belə baha qiymətə satırlar?" - deyə H.Bədəlov hansı əsasla şirkətin bu addım atdığını soruşur.
"MediaPost" məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıb. Qurum sözçüsü Ceyhur Səfərov açıqlamasında bildirib ki, MTK-larda qazlaşmanı lisenziyası olan xüsusi təşkilatlar həyata keçirilər.
"Bu proseslərdə biz iştirak eləmirik. Onlar sayğacları "Azəriqaz"dan satın alırlar. Sonradan müəyyənləşdirilən qiymətləri isə artıq MTK-ların məsrəfinə uyğun olaraq fərqli görünə bilər. Yəni bu onların öz daxili işləridir. Biz yalnız qazlaşma işlərini həyata keçirdikdən sonra qaz açılması ilə bağlı bizə məktub daxil olur. Ondan sonra biz layihəyə uyğun işlər aparıldığına nəzər yetiririk və ondan sonra qaz açılışına icazə veririk".
Sayğacların qiyməti barədə məlumat verən Ceyhun Səfərov əlavə edib ki, "Azəriqaz" bir sayğacın qiymətini komplektlə təqdim edir.
"Sonradan ödənişli sayğacların komplekti 70-90 manat arasında dəyişir. Komplektə onun əyməsi, qutusu, tənzimləyicisi və digər bir neçə element daxildir. Əvvəlcədən ödənişli (smartkart) sayğaclar isə komplekti ilə birlikdə 220-240 manat arasında dəyişir. Onun üzərinə gələn məsrəflər isə artıq MTK-nın qazlaşmasın ilə bağlıdır ki, biz də o işlərə qarışmırıq".
Sözügedən şikayətlə bağlı "Bakıxanov Rezidens Komplekslər Qrup" ilə əlaqə saxlasaq da, bununla bağlı açıqlama verilmədi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək