DGK-da 700 milyon manat kəsir aşkarlanıb: General Səfər Mehdiyevin də sonu yaxınlaşır
Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.
Ovqat.com-a istinadən xəbər veririk ki, yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə, əməlli-başlı şoka salıb.
Məlumata görə, aparılan yoxlamalar zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt “mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.
İddialara görə, kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi üzə çixib və onun hansı DGK rəhbərliyi tərəfindən mənimsənildiyi aşkar edilib. Əsas günahkarın indiki rəhbərlik olduğu müəyyənləşdirilib. Rəhbərliyə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib.
Məlumata görə, DGK-də korrupsiya faktlarının araşdırılması hazırda da davam edir.
DGK-nin mövqeyini işıqlandırmağa hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək