SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AQTA ilə bağlı ciddi faktlar var idi... - "Yeni qurum yaradılsın"

AQTA ilə bağlı ciddi faktlar var idi... - "Yeni qurum yaradılsın"

Tarix:

12-02-2021, 11:05

/ 498 dəfə oxundu.
AQTA ilə bağlı ciddi faktlar var idi... - "Yeni qurum yaradılsın"

Vətəndaşların hüquqlarını pozan məmurların məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü tədbirləri davam etdirir. Bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlu qanunsuz əməlləri ilə əlaqədar müvafiq qaydada məsuliyyətə cəlb olunub. Aparılan araşdırmalar nəticəsində onun pendir istehsalı ilə məşğul yerli sakindən külli miqdarda rüşvət aldığı üzə çıxıb.

Əslində, xüsusilə son vaxtlar adıçəkilən qurumla bağlı narazılıqlar artmaqdadır. Vaxtı keçmiş malların satılması, ərzaqların keyfiyyətsizliyi və s kimi faktlarla bağlı şikayətlərin sayı-hesabı yoxdur.

REAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, bu, zəruri addım idi:

“AQTA-nın uğursuz fəaliyyəti, o cümlədən regionlarda yararsız ətlərin satılmasına dair ciddi faktlar var idi. İndi adı çəkilən şəxsin həbs edilməsi bu narazılıqların yuxarı ünvanlara çatdığını göstərir.

Əlbəttə, ərzaq məhsullarına ən ciddi nəzarətçi məhz istehsalçılardır.

Elə sistem yaradılmalıdır ki, şikayətlərə operativ reaksiya verilsin. Bunun üçün isə sadəcə vəzifə sahiblərinin məsuliyyətə cəlb edilməsi kifayət deyil.

Effektiv qurum yaradılmalıdır. Bəlkə də, AQTA-nın ləğvi və ya başqa quruma birləşdirilməsi barədə düşünmək olar. Bütün hallarda mexanizm təkmilləşdirilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ