Prezident BSU rektorunun özbaşına qərarını geri oxutdurdu - FOTO
Bakı Slavyan Universitetinin binasının fasadında Azərbaycanın görkəmli ədiblərinin portretlərini şərq motivləri fonunda əks etdirən mozaik panno bərpa olunur. Təhsil Nazirliyindən bildirilib ki, bərpa işləri ölkə prezidentinin tapşırığına əsasən aparılır.
Qeyd olunub ki, fasadın bərpa işlərinin eskiz-layihəsi Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Memarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Dövlət Rəssamlıq Akademiyası mütəxəssislərinin təklifləri nəzərə alınmaqla hazırlanıb. Bununla bağlı ötən ilin oktyabrında Təhsil Nazirliyinin təşəbbüsü ilə işçi komissiya yaradılıb. Komissiya əməkdar rəssam Elmas Hüseynov tərəfindən vaxtilə yaradılıb və hazırda saxlanılan eskizlər, habelə binanın təmirdən öncə çəkilmiş fotoşəkilləri əsasında sözügedən mozaik pannonun bərpasını məqsədəuyğun hesab edib.
Bu tədris ilinin sonunadək Bakı Slavyan Universitetinin binasının fasadında mozaik panno tam bərpa olunaraq öz əvvəlki görkəmini alacaq.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək