"İndi durub araşdırmaq istəsən, "Azəriqaz" səni borclu çıxaracaq"
Bayaq "Azəriqaz"ın işçisi gəlib aylıq qəbzi qapıya qoyub gedib. Məbləği görəndə dondum qaldım - 35.20 AZN. Heç demə camaatın dedikləri düz imiş. Narazılar haqlı imiş".
PİA.az xəbər verir ki, bunu AzTV-nin informasiya proqramları studiyasının direktor müavini Yunis Orucov sosial şəbəkədə bildirib.
Yunis Orucov daha sonra bunları qeyd edib:
"Mən heç vaxt bu məbləğdə qaz pulu ödəməmişəm. Qışda ən çox 22-23 manatla ayı başa vurmuşuq. İndi 35 manat. Bəyəm biz qazanxana işlədirik? 2 aydı kartla işləyən sayğacımızı gəlib dəyişdilər. Keçdilər əvvəlki üsula. Bu da nəticə. İndi durub araşdırmaq istəsən səni salacaqlar dağa daşa, axırda da borclu sən çıxacaqsan."
Deməli, nəsə düz deyil. İndi bu düz olmayanı tapmaq vətəndaşın işidi, yoxsa?”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək