XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…

Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…

Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…
5-02-2021, 13:49

"Azərsu” ASC qiymətləri 2 dəfə qaldırıb həm bizim cibimizə girir, həm də xaricdən 1 milyard 269 milyon dollardan çox kredit götürüb, 5-10 ildən sonra qaytarılan borcları və faiz xərclərini övladlarımızın belinə yükləyir”.
Reportyor.info-nun verdiyi xəbərə görə, bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu yazıb. Onun sözlərinə görə, 2018-ci ildə “Azərsu”nun xeyrinə 403,8 milyon manat olan fərq 2019-cu ildə 459,1 milyon manata qalxıb.

“Biz sözlə ildən ilə “Azərsu”nun büdcəyə ödədikləri azalır, büdcədən alqıları çoxalır. Bir neçə aydan sonra 2020-ci ilin göstəriciləri də məlum olanda həmin məlumatları da bölüşəcəm, onda da görəcəyik ki, bu tendensiya davam edir.
Daha sözüm yoxdur, subsidiyada və borcda olan dövlət şirkətinin rəhbərinin varidatı az qala milyarda çatır, şirkət özünə 204 milyon manatlıq ofis tikdirir, sonra da Qorxmaz Hüseynli deyir ki, zərərlə işləyirik, subsidiya ilə fəaliyyət göstəririk, məsrəfimiz çoxdur, ona görə də əhali qrupu üçün qiymətləri qaldırmaq lazımdır.
Cavab verin, görək belə anoloqu olmayan idarəetmə hansı ölkədə mövcuddur. Hər kəs görsün ki, ölkə iqtisadiyyatı necə idarə olunur, büdcə necə talanır, xalq necə soyulur. Diaqram Hesablama Palatasının məlumatları əsasında hazırlanıb”, – deyə iqtisadçı bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.