"Kolin” İnşaat: keyfiyyətsiz iş, qəza…
Xəbər verdiyimiz kimi, Türkiyənin “Kolin” İnşaat şirkəti tərəfindən tikintisi aparılan “Bakı-Yalama” dəmir yolunda bədbəxt hadisə yaşanıb, 2 fəhlə torpaq və taxta şpalların altında qalıb. Xoşbəxtlikdən ölən olmayıb.
Hit.az xəbər verir ki, bu “Kolin” İnşaatın gördüyü işlərdə ilk belə hadisə deyil. Şirkət 2012-ci ildə Kür çayı üzərində körpünün təmir işlərini həyata keçirib. Lakin təmirdən sonra yenə konstruksiyaların tökülməsi halı yaşanıb.
Bundan başqa şirkət 2007-ci ildə Moskva prospekti üzərində uzunluğu 330, eni 7 metr olan körpü inşaa edib. Amma tikintidən 2 il keçməmiş körpünün girişində “2006-2007” və “Yol ötürücü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında inşa edilmişdir” sözləri uçulub tökülmüş, dayaqlar dağılmışdı.
Qeyd edək ki, bəhs edilən tenderlər “Kolin” İnşaata həmin vaxt “Azəravtoyol” ASC, indi isə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) adlanan qurum tərəfindən verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...