XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı

Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı

Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
1-02-2021, 23:35

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

Reportyor.info-nun məlumatına görə, başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, mətbəxinə, görüş otaqlarına və digər obyektlərinə baxış olub.
Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu, tibb-sanitar hissəsində bəzi dərman vasitələrinin müddətinin bitdiyi və üzərində lazımi möhürün olmadığı, labarotoriya otağının və əməliyyat bölməsinin fəaliyyət göstərmədiyi, rentgen, USM aparatlarının və bir çox digər tibbi avadanlığın işlək vəziyyətdə olmadığı, həmçinin, yanğınsöndürmə qaydalarına riayət edilmədiyi və yanğınsöndürmə vasitəsinin istifadə müddətinin keçdiyi, habelə sənədləşmədə nöqsanların olduğu müəyyən edilib.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.