SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » QALMAQAL: "Holcim"in direktoru Frederik Guimbal qovuldu - qaldı Dilbər Sultanova...

QALMAQAL: "Holcim"in direktoru Frederik Guimbal qovuldu - qaldı Dilbər Sultanova...

Tarix:

29-01-2021, 15:46

/ 856 dəfə oxundu.
QALMAQAL: "Holcim"in direktoru Frederik Guimbal qovuldu - qaldı Dilbər Sultanova...

NUH.az saytı olaraq ötən yazılarımızda Holcim ASC-də ( keçmiş Qaradağ sement zavodu ) baş verən qanun pozuntuları, vergidən yayınma, gəlirlərin gizlədilməsi, zavodun guya rentabelli olmaması səbəbi ilə səhmdarlara dividentlərin verilməməsi və digər neqativ hallarla bağlı məlumat vermişdik.

Təsəvvür edirsiniz, Azərbaycanın ən böyük sement zavodlarından biri guya rentabelsiz-gəlirsiz işləyir. Görəsən zavodun direktoru fransız Frederik Guimbal bəs hansı pullarla Bakıda çox bahalı eyş-işrət məclisləri keçirir, az qala hərəmxana saxlayır ?

Görəsən, səhmdarlara divident olaraq “qəpik-quruş” verməyən zavodun Maliyyə direktoru Dilbər Sultanova az vaxtda Bakıda “kirayə evlər kraliçası”na necə çevrilib ?

Bu xanım Bakının müxtəlif rayonlarında xeyli sayda mənzil alıb kirayəyə verib.

Dilbər Sultanova “obnaliçka şirkətləri” ilə maxinasiyaya girərək “əmtəəsiz əməliyyatlar” keçirərək zavodu böyük məbləğdə vergidən yayındırıb.

Erməni xislətli Frederik Guimbal həddini o qədər aşıb ki, Zəfər günü zavodun həyətində Azərbaycan və Türkiyə bayraqlarına qarşı hörmətsizlik edib.

Dərc etdiyimiz bütün yazılar Vergilər naziri Mikayıl Cabbarovun elektron poçtuna və digər dövlət qurumlarına göndərilib.

Dəfələrlə Vergilər Nazirliyinin məsul şəxsləri ilə əlaqə saxlamışıq.

NUH.az-a daxil olan məlumata görə, Holcim Azərbaycan ASC-nin direktoru Frederik Guimbal vəzifəsindən uzaqlaşdırılıb.

Bu cəmiyyətimiz üçün sevindirici xəbərdir. Bayrağımıza və qanunlarımıza hörmətsizlik edən erməni sevdalısı əcnəbini qovmaq lazımdır.

Ancaq təəssüf ki, Frederik Guimbal özü ilə vergidən yayındırdığı böyük məbləğdə xarici valyutanı ofşor şirkətlərin hesablarına köçürərək ölkədən çıxarmışdır.

Frederik Guimbal işlədiyi müddətdə vaxtı keçmiş sement məhsullarının satışından və eyni zamanda obnaliçka şirkətlərindən əldə etdiyi pul vəsaitlərini mənimsəyərək dövlət büdcəsinə və Azərbaycan xalqına çox böyük ziyan vurmuşdur. Bu işləri həyata keçirməkdə Guimbala köməklik etmiş və dəstək olmuş Holcim ASC –nin Maliyyə direktoru Dilbər Sultanova isə hələ də vəzifəsinin başında qalaraq çirkin əməliyyatları davam etdirməkdədir.

Vergi yoxlamaları nəticəsində milyonlarla yayınmaları aşkar edilən Holcim ASC-nin Maliyyə direktoru Dilbər Sultanova ona qarşı heç bir qanunun aliliyinin təsir edə bilməyəcəyini və ona dəstək olan şəxslərin daim ona kömək edəcəklərinə əmindir. Sanki Dilbər Sultanova toxunulmaz personadır.

Lakin cənab Prezident dəfələrlə çıxışlarında bildirib ki, hamı qanun qarşısında cavab verəcək və məsuliyyətə cəlb olunacaqdır.

Dilbər Sultanovanın şirkətlərin əməliyyatlarından nə qədər pul aldığı və dövriyyədən vergi yayınmalarını təşkil etməsi barədə çoxsaylı məlumatlar redaksiyamıza daxil olmuşdur.

İnanırıq ki, hörmətli iqtisadiyyat naziri Mikayıl Cabbarov belə korrupsioner maliyyə direktorunun fəaliyyətinin araşdırılmasını şəxsi nəzarətə götürəcəkdir. Və Frederik Gimbaldan sonra Dilbər Sultanova da öz cəzasını alacaq.

Şərhlər

XƏBƏR LENTİ