Vətəndaş "Unibank"ın işləklərindən cana doyub... - GİLEY
""Unibank", bu fırıldaqçı mahiyyətli işinizdən bezmədiniz? Bir qurumun adına nə qədər söyüş, nə qədər qarğış gələr?
Öz yaramazlığınız ucbatından balansdan silinən məbləğin bərpa olunması üçün 10 gün zaman istəmişdiz, həmin 10 gündən də keçdi". Teref.az xəbər verir ki, bunu şikayətçi Azər Əmirquliyev yazır.
Daha sonra Azər Əmirquliyev yazır: "Nə qaynar xəttiniz işə yarayır, nə də elektron ünvanınıza müraciətlər. "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti"nə də müraciət yazmışam. Artıq sizin bu qeyri-operativ və çox məsuliyyətsiz işinizə qarşı mübarizə aparmaq bir hobbimə çevrildi. Balansımı nə vaxt geri qaytarmağınızdan asılı olmayaraq, zaman itkisi və əsəblərimi korladığınıza görə mümkün olan bütün qurumlara müraciət edəcəm. Dələduz yığını !
P.S.: İstehlakçıların hüquqlarının müdafisəi xidmətindən də deyirlər ki, bu problemlərlə Mərkəzi Bank məşğul olur. Beləcə qalmışıq qanunların ancaq səndələrdə qaldığı ölkənin cəhənnəmində.."
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH