SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Peyvənd davası: “Satılmış” adlandırılan həkimdən Abdulla Şıxlinskiyə cavab: - “Onun özünə psixiatr lazımdır”

Peyvənd davası: “Satılmış” adlandırılan həkimdən Abdulla Şıxlinskiyə cavab: - “Onun özünə psixiatr lazımdır”

Tarix:

28-01-2021, 16:01

/ 1 014 dəfə oxundu.
Peyvənd davası: “Satılmış” adlandırılan həkimdən Abdulla Şıxlinskiyə cavab: - “Onun özünə psixiatr lazımdır”

18 yanvardan etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib.

Müəyyən risk qruplarına bölünməklə mərhələli şəkildə koronavirusa qarşı peyvəndləmə aparılır. Cəmiyyətdə peyvəndləməyə qarşı münasibətin birmənalı olmadığı bəllidir. Amma artıq tibb işçiləri də vaksinasiya ilə bağlı iki cəbhəyə ayrılıb. Belə ki, həkim-psixiatr Abdulla Şıxlinski məqaləsində peyvənd qarşı çıxıb və müəyyən sensasiya yaradacaq fikirlər səsləndirib.

Abdulla Şıxlınski deyib ki, koronavirusa qarşı vaksinin hazırlanması prinsipcə mümkün deyil. Çünki yeni insan vaksininin hazırlanması uzunmüddətli və bahalı prosesdir. Bundan başqa o, peyvəndi təbliğ edən həkimləri pula satılmış, vicdanını itirmiş insan kimi təqdim edib. Abdulla Şıxlinski məqaləsində insanlara vurulan peyvəndin ölümə səbəb olacağını, sağ qalanların isə ciddi xəstəliklərə tutulacağını qeyd edib.

1 ildən uzun bir müddətdir ki, koronavirus bəlası insanların həyatını alt-üst edib. Hər birimiz peyvəndə ümidlə baxırdıq. İndi tibb işçilərinin də fərqli mövqeyi insanlarda fikir qarışıqlığına gətirib çıxarır.

Həkim-psixiatr Abdulla Şıxlinskinin məqaləsində qabartığı məsələlərlə bağlı ilk peyvənd olunan həkimlərdən biri, vaksinasiyanın əsas təbliğatçılarından olan ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev Cebhe.info-nun suallarını cavablandırıb.

“Əlində elmi sübutu varsa, yazsın, yoxdursa, camaatı çaşdırmasın”

-Aydın müəllim, həkim-psixiatr Abdulla Şıxlinski koronavirus vaksini ilə bağlı məqalə yayımlayıb. Orada bildirib ki, koronavirusa qarşı peyvəndin hazırlanması mümkün deyil. Çünki bu, uzunmüddətli və bahalı prosesdir. Həmin məqaləni oxuyan insanın fikri haçalanır. Bir tərəfdə Abdulla Şıxlinskinin belə bir məqaləsi, bir tərəfdə isə peyvənd olunan siz və digər həmkarlarınız vaksinasiyanın təbliğatı. Kimə inanaq?

-Birmənalı surətdə əgər Abdulla Şıxlinski vaksin əleyhinə danışıb, təsiri olmadığını yazıbsa, çox böyük səhv edib. Ən qısa zamanda onun səhvi də sübut olunacaq. Mən və mənim kimi vaksin vurduran həkimlər ikinci doza peyvəndimizi vurduracağıq. Ondan 3-4 həftə sonra da “immoqilabin C” analizi verəcəyik. Mən o analizi vaksindən əvvəl də vermişəm və normal, yəni 1 çıxıb. İkinci vaksindən sonra yenə o analizi, yəni immunitetin yaranmasını göstərib əyani sürətdə sübut edəcəyik. Bu cür fikirlər cəmiyyətdə təxribat yaratmaq xarakterlidir. O həkimi tanımıram, demirəm ki, nəsə pis niyyətlə yazıb. Amma biz bütün insanlara müracət etmişdik ki, vaksindən məlumatı olmayan, elmi, məntiqi sübutları olmayan bu barədə neqativ şeylər yazmasın. Əlində elmi sübutu varsa, yazsın, yoxdursa, camaatı çaşdırmasın. Çünki bir il ərzində bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, epidimioloqlar, mikrobioloqlar, immunoloqlar bununla bağlı danışıb. Türkiyədə də bununla bağlı çox güclü mütəxəssislər var. Onların fikirlərini dinləmişik, baxmışıq. Uşaq vaxtından bizim əhali peyvənd olunub. Bunun milyonlarla insanın həyatını xilas etdiyinin şahidi olmuşuq. Bu gün də peyvəndə qarşı bu cür fikirlər səsləndirmək yolverilməzdir. Keçən dəfə peyvənd olunan biri yazıb ki, bu peyvəndin əmələ gəlməsində zəhməti, əziyyəti keçən bütün alimlərə, mütəxəssislərə təşəkkür edirəm. Bu, uğurlu bir insanın mövqeyidir. Abdulla Şıxlinski kimi iki eşşəyin arpasını bölə bilməyən insan deyir ki, mənə çip taxacaqlar. Bil Qeyts neynir sənin boş başını? Sənə çip taxıb səndən hansı dəyərli informasiyanı alacaq? Gülməli şeylərdir. Biz minnətdar olmalıyıq ki, zəhmət çəkiblər, o insanlar gecəsini gündüzə qatıb bəşəriyyəti xilas etmək üçün bu peyvəndi düzəldiblər.

“Onun içində nə olduğunu heç kim bilmirsə, törədəcəyi fəsadları o haradan bilir?”

- Abdulla Şıxlinski məqaləsində yazır ki, həmin o vaksinin tərkibi şübhəli maddədir. O məhsul distilə olunmuş sudur, şprisdə nə olduğunu onu hazırlayandan başqa heç kim bilmir. Həmin şübhəli maddə yüzlərlə insanı öldürür. Sağ qalanlarda isə mütləq hər hansı qəfləti ağır xəstəlik inkişaf edir, iflic, ruhi-əsəb pozğunluqları, anafilaktik şok, qəfləti ürək dayanması, səbəbsiz olaraq bədən hərarətinin qalxması, və enməməsi, beyin və ağciyər ödəmi, hamilə qadınlarda uşaqsalma kimi mənfi təsirləri olacaq. Etiraf edək ki, bunu oxiyan hər kəsdə narahatlıq və şübhə yaranar.

-Mən sizi başa düşdüm. (Gülür) Sual verirəm ki, o yoldaş həmin vaksinin, klapanda olan tərkibi harada yoxlatdırıb? Bizə bir sənəd təqdim etsin. Onun içində nə olduğunu heç kim bilmirsə, törədəcəyi fəsadları o haradan bilir?

“Əgər bəşəriyyəti məhv etmək istəsələr...”

-Abdulla Şıxlinskinin istinad etdiyi məqam odur ki, insan vaksinin hazırlanması üçün 25-30 il vaxt lazımdır. Bu qədər qısa müddətdə bu vaksinin hazırlanması qeyri-mümkündür. Bunun təbliğ edənlər qlobal dairələrə xidmət edən, pula satılmış, vicdanını itirmiş, Hipokrat andını taptalayan insanlardır.

-Məntiqsiz, elmsiz bir şəkildə kimisə təhqir etmək hələ heç kimə bir xeyir gətirməyib, o adama da gətirməyəcək. Onun nə deməyindən asılı olmayaraq, riyaziyyatının bir qanunu var: düz əyrini kəsir. Gec-tez hər şey bilinəcək. Biz nə qədər yaxın adamlarımızı, qohumlarımızı, cəmiyyətin dəyərli insanlarını koronavirusdan itirmişik. Bunu bütün cəmiyyət gördü. Dünyada vaksin hazırlamaq ənənəsi var. Əvvəllər vaksinlər gec hazırlanırdı. Amma belə bir xəstəliyin yayıldığı bir məqamda artıq bütün məsələlər tezləşdirilir. Texnologiya yenilənib. Qədim zamanlarda hansısa bir rayona getmək üçün at arabası ilə 1-2 həftə vaxt lazım olurdu. Amma indi təyyarəyə minirsən, yarım saata ordasan. Yəni hər şey inkişaf edir. Doğrudur, illər keçdikcə daha da təkimləşəcək. Amma vaksini hazırlayan həqiqi alimlər heç vaxt bəşəriyyətə yalan danışmırlar. Onlar fədakar insanlardır. Bəzən deyirlər ki, masonlar edir, başqa qüvvələrin işidir. Əgər bəşəriyyəti məhv etmək istəsələr, marketlərdən aldığımız qidalarla, sularla, konservlərlə bunu edə bilməzlərmi? Çox rahat şəkildə edə bilərlər. Niyə onlara əlavə vaksin düzəltmək lazım olsun? Bunlar boş, mənasız fikirlərdir.

“Vaksinasiya olunaq, normal həyata qayıdaq”

-Aydın həkim, məsələn, mən Abdulla Şıxlinskinin məqaləsini və sizin dediklərinizi oxuyuram. Bir-birinə tamamilə əks fikirlərdir. Siz vaksini təbliğ edirsiz, Abdulla Şıxlinski isə deyir ki, uydurma bir şeydir. Məndə artıq şübhə yaranıb. Mənim kimi digərləri də var. Biz hamımız normal həyata qayıtmaq istəyirik, bunun yolu peyvənd olunmaqdan keçirsə, olsun, çünki koronavirus bütün həyatı iflic edib. Abdulla Şıxlinski də vaksini təbliğ edənlərlə eyni qaydada Səhiyyə Nazirliyinin verdiyi lisenziya ilə həkim kimi fəaliyyəti göstərir. Mən və mənim kimi yüzlərlə insan kimə inanmalıyıq? Mən özümdə yaranan şübhəni necə aradan qaldırım?

-Görürük ki, Türkiyədə və digər ölkələrdə dövlət başçıları, nazirlər peyvənd vurdurur. İnsanlara peyvənd olunacaqsan deyə bir məcburiyyət yoxdur. Sadəcə, məsələyə sağlam düşüncə ilə yanaşmaq lazımdır. Bu işlə məşğul olanlar kimdir? İnfeksionistlər, epidimioloqlardır, mikrobioloqlardı, reanimotoloqlardı, biz radioloqlarıq. Yəni biz təxminən 10 aydı xəstəxanamızda bu işlə məşğuluq. Bunun fəsadlarını da görmüşük. Çıxış yolunu isə yalnız peyvəndlənmədə görürük. Düşünürəm ki, peyvədləməyə mane olan şəxslər kiminsə marağına xidmət edir. Peyvəndləmə olmasa, xəstəlik uzanır, cəmiyyət iflic vəziyyətdə qalır. Təhsil, iqtisadiyyat, turizm, restoranlar, sənətçilər və hər kəs, həyat iflic vəziyyətindədir. Əgər bir vaksinə qarşı çıxırıqsa, demək biz hansısa dairələrin marağına xidmət edirik. Təxribat edirik ki, cəmiyyət iflic vəziyyətdə qalsın. Amma biz deyirik ki, vaksinasiya olunaq, bu bəladan tez qurtaraq, normal həyata qayıdaq. Hər kəs indi özü o fikrə də, bu fikrə də baxsın qərar versin. Bu, təkcə mənim fikrim deyil, Azərbaycanda, dünyada kifayət qədər tanınmış həkimlərin, mütəxəssislərin fikirləridir.

-Məqalədə qeyd olunur ki, vaksinasiyanı keyfiyyətli şəkildə apara bilsələr, dünya əhalisi 10-15 faiz azalacaq. Yən Abdulla Şıxlinski deyir ki, bu vaksinasiya ölümlərə səbəb olacaq.

-Bayaq da dedim, əgər dünya əhalisini azaltmaq istəsələr, metodlar çoxdur. Ona görə vaksin hazırlamağa ehtiyac yoxdur. Hava, su, qida və s. yüzlərlə metod var, əlavə vəsait xərcləyib vaksin hazırlamaq lazım deyil. Bir az məsələyə məntiqlə yanaşmaq lazımdır. Şəxsən mən peyvənd olunmuşam, bu günə qədər heç bir əlavə təsirini his etməmiş, zərrə qədər ziyanını görməmişəm. İkinci peyvəndi də vurduracağıq, onu da paylaşacağıq. Ondan sonra immunitetin də formalaşmasını analiz verib göstərəcəyik. Hər kəs də baxsın və məntiqli yanaşma ortaya qoysun. Məncə, bu işlə məşğul olan mütəxəssislərə güvənmək daha önəmlidir. Yəni bizim avtomobilimiz xarab olanda, onu tozsoran ustasına aparmırıq. Hər sahədə də belə olmalıdır.

“Nə oldu, bütün alimlər öz xalqına düşmən kəsildi?”

-Deyirsiz ki, dünya əhalisini azaltmaq üçün bir çox yol var, bunun üçün vaksin hazırlamağa ehtiyac yoxdur. Abdulla Şıxlinski isə izah edir ki, bunu kimyəvi maddə ilə etməyin səbəbi sağ qalan insalarda uzun müddət əks- təsirin saxlanmasıdır. Əslində Abdulla Şıxlinski burada özünü təkzib edir, çünki məqalənin əvvəlində vaksinin öldürdüyünü yazıırdı. Amma eyni zamanda uzun müddətdir hər kəsin dilində dolaşan “dünyada 1 milyard insan qalacaq” məsələsini də Abdulla Şıxlinski məqaləsində qüvvətləndirici tezis kimi qabardıb.

-Gördündüyü kimi, məqalədə təzadları siz də görürsünüz. Bizim istifadə etdiyimiz peyvənd Çində istehsal olunub. Türkiyənin də çox məşhur alimləri bu peyvəndi araşdırıblar. Tutaq ki, bizdə yüksək səviyyədə araşdırma yoxdur, yəqin gələcəkdə olacaq. Amma bunu istifadə edən digər ölkələr də var axı. Onlar bunu araşdırır, sonra rəy verirlər. Nə oldu, bütün bu alimlər öz xalqına düşmən kəsildi? Mümkün olmayan, məntiqsiz bir şeydir.

“Həkim hər zaman özünü xalqın yanında görməlidir”

-Məqalədə Abdulla Şıxlinski belə yazır: Mən öz uşaqlarıma bu peyvəndi vurdurmayacağam. Çünki peyvənd “qara camaat” üçündür, biz isə elitar təbəqəyik.

-Bu da çox məntiqsizdir. Hamımız insanıq, Allah quluyuq. Həkim hər zaman özünü xalqın yanında görməlidir. Bu peyvənd də elmin nailiyyətidir, bundan istifadə etməliyik. Kim istifadə etmirsə, sabah yoluxsa, vəziyyəti ağırlaşsa, artıq özü cavabdehdir. Kiməsə zorla peyvənd vurulası deyil.

“Onun dedikləri şər-böhtandır”

-Son olaraq bu məsələyə konkret cavab almaq istəyirəm. Abdulla Şıxlinski deyir ki, əhali arasında vaksinləşmək təbliğatı aparan həkimlər yalnız müəyyən beynəlxalq, qlobal dairələrə xidmət edən, pula satılmış, vicdanını itirmiş, Hippokrat andını tapdalayıb keçmiş insanlardır.

-Mən ağır ifadə işlətmək istəmirəm, amma bu, onun səviyyəsindən xəbər verir. Biz vaksini təbliğ edən həkimlərin telefonumuz, sosial şəbəkələrdə olan əlaqələrimiz hamısı araşdırıla bilər. Müəyyən strukturlar araşdırsın, görək biz hansısa xarici dairə ilə əlaqəmiz var, yoxsa yox? Bu, konkret olaraq şər-böhtandır. Mən heç o həkimi, Abdulla Şıxlinskini tanımıram, yəqin məhşurlaşmaq istəyir deyə peyvəndlə bağlı belə şeylər deyir. Özü psixiatr olmasına baxmayaraq, Abdulla Şıxlinskinin özünün psixiatr müayinəsinə ehtiyacı var.

Şərhlər

XƏBƏR LENTİ