AZAL-da nə baş verir? - NARAZILIQ!
AZAL Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları iki aydır ki, əməkhaqqı ala bilmədiklərini deyirlər.
Bu barədə Arqument.az-a AZAL-dan adının çəkilməsini istəməyən əməkdaş məlumat verib.
O bildirib ki, dekabr və yanvar aylarının əmək haqları kartlara köçürülməyib.
Şikayətçi deyir ki, bununla bağlı edilən müraciətlərə də cavab verilmir: "İki aydır pul vermirlər. Rəhbərliyə deyirik, deyirlər ki, biz yuxarı deyə bilmərik. Heç maaşların nə vaxt veriləcəyi də bəlli deyil.
Arqument.az AZAL QSC ilə əlaqə saxlasa da, "Çağrı mərkəzi"ndən maaşların nə vaxt veriləcəyi ilə bağlı sualı cavablandırmaq səlahiyyətində olmadıqlarını bildiriblər.
Rabitə xidmətindən isə bildirilib ki, şənbə-bazar günləri mühasibatlıq və mətbuat xidməti fəaliyyət göstərmir, yalnız bazar ertəsi əlaqə saxlamaq mümkündür.
Aviasiya Təhlükəsizliyi Baş İdarəsi 1996-cı ildə yaradılıb və "AZAL” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir.
İdarə öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: aviasiya təhlükəsizliyinin, mühafizə xidmətinin, buraxılış və obyektdaxili rejimin, yanğın təhlükəsizliyinin, qəza-xilasetmə xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının, mülki müdafiənin, xüsusi texniki vasitələrə qulluğun, habelə mülki aviasiya təhlükəsizliyi sahəsində video müşahidənin təmin edilməsi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək