Ucarda polis rəisi Qarabağ qazisini evindən küçəyə atıb: “Nazirlə görüşə qoymur”-ŞİKAYƏT
Artıq neçə illərdir Azərbaycan ailəsi öz ölkəsində bəzi dövlət məmurlarının özbaşınalığı və məsuliyyətsizliyi səbəbindən qeydiyyatsız, evsiz yaşayır
Həsənov İlham Əmiraslan oğlu.dəfələrlə ölkə rəhbərliyinə və dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, dövlət səviyyəsində biganə münasibətdən başqa heç nə görməyib.
30 yanvar 2015-ci ildə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev bir ailəni küçəyə atıb. Rəis tərəfindən heç bir şifahi və yazılı xəbərdarlıq edilmədən Qarabağ müharibə qazisi, sabiq polis zabiti Həsənov İlham Əmiraslan oğlu yuvasından çıxarılıb.
O, 4 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmış və bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilib.
“Bu problemlə əlaqədar daxili işlər naziri Ramil Usubovun qəbuluna yazılmağa baxmayaraq, bu ailə Tahir Quliyev (hal-hazırda Oğuz RPŞ-nin rəisi vəzifəsində işləyir) tərəfindən təşkil edilən maneələrlə üzləşir.
Hətta, 2017-ci il 29 aprel tarixdə zona üzrə Göyçay şəhərində vətəndaşları qəbul edən Ramil Usubovun qəbuluna yazılmaq üçün 20 gün əvvəl elektron ərizə ilə Daxili İşlər Nazirliyində və Ucar RPŞ-də nazirin qəbuluna düşmək üçün qeydiyyatdan keçməyə baxmayaraq nazirlə görüşə bilmədik. Nazirin qəbuluna düşməyimizə Tahir Quliyev əngəllər yaradır”.
24saat.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək