SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaş “Bravo”nu məhkəməyə verir - Aldatmaya görə

Vətəndaş “Bravo”nu məhkəməyə verir - Aldatmaya görə

Tarix:

11-01-2021, 15:28

/ 1 326 dəfə oxundu.
Vətəndaş “Bravo”nu məhkəməyə verir - Aldatmaya görə

Bakı şəhər sakini İkin İbrahimov “Bravo” supermarketinin insanları aldatdığını iddia edir.

Ayna-ya istinadən verdiyimiz xəbərə görə, İ.İbrahimov bildirir ki, “Bravo”-dan 146.9 AZN dəyərində mal alıb və ödənişi POS-terminalla edib: “Lakin baxdıq ki, kartın üzərində uyğunsuzluqlar var. 146.9 AZN-in in 18% ƏDV-si 26.4 AZN edir. Qəbzin üzərində isə bu məbləğ 22.4 AZN göstərilmişdi. Bu, bir səhv. İkinci səhv isə bizə 2.24 AZN, yəni 10%-in qaytarılması göstərilmişdi. Bu da nəğdsiz ödənişin faizidir. Halbuki orada 18%-in 15%-i qaytarılmalı idi. Yəni 2.24 AZN deyil, ümumilikdə 3.9 AZN qayıtmalı olduğu halda, “Bravo” bunu saxtalaşdıraraq özündə saxlayır.

“Onlara yazdım, üzr istədilər, zəng etdilər ki, texniki səhv olub. Minlərlə müştəri bu “texniki səhv”in qurbanı olur. Yəni əsassız varlanırlar. Bundan başqa, ədvgerial.az saytında nəğd ödənişdə ƏDV-nin 10%-i, nəğdsiz ödənişdə 15%-in geri qaytarılması nəzərdə tutulub. Lakin marketdə, 157 nömrəli qəbzdə alınan mal 5209*****5608 nömrəli, Muradi Pərvanə Mahir qızına məxsus kartla əməliyyat edilməsinə baxmayaraq, qəbzdə göstərilən məbləğin 22.4 AZN-in 10%-i yəni 2.24 AZN məbləğ müştəriyə geri qaytarılıb. Beləliklə 146,9 AZN-in 18-% ƏDV dəyəri 26,44 AZN edir. Həmin məbləğin də 15%-i (müştəryə qayıdan hissəsi) 3,96 AZN olmalı idi”, - deyə vətəndaş bildirir.

O, həmçinin bununla bağlı iddia qaldıracağanı və marketi məhkəməyə verəcəyini də vurğulayır: “Bu işlər üzr istəməklə bitməz. Siz görün onlar minlərlə adamı necə aldadırlar. Burada POS-terminalla da kələk gəliblər. Bu isə əsassız varlanma deməkdir. Burada bizim istehlakçı hüquqlarımız pozulub. Onlar hələ bunun nə qədər vaxtdır olduğunu müəyyən etməli və hüquqları pozulmuş vətəndaşlardan da üzr istəməlidirlər”.

Məsələ ilə əlaqədar, “Bravo” superkarmetlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-nın sorğusuna belə cavab verilib: “Hər bir müştərinin müraciəti və iradı “Bravo” Müştəri Xidmətləri tərəfindən diqqətlə dinlənilir. Təəssüflər olsun ki, müştərilərin qəbzlərdə qeyd olunan “Bravo” marketdə kassa sistemdə texniki səhv baş verib və bu səbəbdən nağdsız ödənişlərin ƏDV-si 10% hesablanıb. Məlumat üçün bildirmək istərdik ki, texniki nasazlıq məlum olan kimi dərhal aradan qaldırılıb. Bu halda müştəriyə “Bravo” tərəfindən üzrxahlıqla bərabər, məbləğin qaytarılması barədə məlumat verilib və marketə qəbzlə müraciət etmək xahiş olunub”.
Vətəndaş “Bravo”nu məhkəməyə verir - Aldatmaya görə

Şərhlər

XƏBƏR LENTİ