SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "AAAF İnşaat” evimizi təhvil vermir, məhkəməyə verib 300 min təzminat da istəyirlər” - GİLEY

"AAAF İnşaat” evimizi təhvil vermir, məhkəməyə verib 300 min təzminat da istəyirlər” - GİLEY

Tarix:

9-01-2021, 11:52

/ 743 dəfə oxundu.
"AAAF İnşaat” evimizi təhvil vermir, məhkəməyə verib 300 min təzminat da istəyirlər” - GİLEY

"AAAF İnşaat”ın Xırdalanda icra etdiyi layihə ilə bağlı narazılıq yaranıb.

Adı çəkilən şirkətdən ev alan Elnur Əhmədov “MediaPost”a bildirib ki, 2016-cı ildə şirkətin Xırdalan layihəsində katlavan mərhələsində olan binadan ev sifariş edib və 16 min manat ödəniş edib. Şirkətdən evlərin 18-24 müddətində təhvil veriləcəyi bildirilib. Amma 5 il keçməsinə baxmayaraq evlərin tikintisi yarımçıq qalıb. Buna görə də kirayə yaşamağa məcbur olub və əlavə xərcləri yaranıb.

O qeyd edib ki, bu problem təkcə onunla bağlı deyil. Mindən çox sakin eyni problemlə üzləşib:

"Hətta əvvəlcədən, 45-50 min manat ödəniş edib evləri tikilməyən sakinlər var. Bununla bağlı aiddiyyatı dövlət qurumlarına və hüquq mühafizə orqanlarına da müraciət edilib. Amma problem həllini tapmayıb".

Məhkəməyə müraciətə gəlincə, şikayətçi bildirir ki, bu zaman proses daha da uzanır. Və şirkət özü də bunda maraqlıdır:

“Dəfələrlə deyiblər ki, narazısızsa məhkəməyə müraciət edin”.

E. Əhmədov problem həll edilmədiyi üçün “AAF İnşaat”ın rəhbərliyini haqlı olaraq tənqid etdiyini və şirkət tərəfindən məhkəmə verildiyini deyib:

“Haqlı olaraq şirkət rəhbərliyini insanları aldatmaqda, fırıldaqçılıqda ittiham etmişəm. “AAF İnşaat”ın rəhbərliyi isə onları təhqir etdiyimi deyərək məni məhkəməyə verib və 300 min manat təzminat istəyirlər”.

“MediaPost” məsələ ilə bağlı “AAF İnşaat” şirkətinə müraciət edib. Şirkətin icracı direktoru Zaur Xıdırov “MediaPost”a açıqlamasında bildirib ki, mənzillərin təhvil verilməsi 3 ildən 5 ilə kimidir. Gecikmə olduğu təqdirdə 5 il müddəti nəzərdə tutulub. Şikayətçinin pulu batmayıb. Hazırda tikinti prosesi davam edir.Katlavanda olan yalnız 29-cu küçənin 3-cü binasıdır. Burada da gecikmə Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə bağlı olub.

Z.Xıdırov deyib ki, 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb və on ay ərzində 22 bina üzrə 28 mərtəbə qaldırılıb:

“Pandemiya dövründə şirkətin əvvəl 5 ildə görmədiyi işi görmüşük. Qazlaşma işləri aparılıb. Müraciət edən bəzi vətəndaşların evləri satılaraq pulları təhvil verilib. Bəzi vətəndaşların sifarişləri üzrə evlər dəyişdirilib. Əvvəlcədən yığılıb qalan problemlərdir. Onların hissə-hissə həllini həyata keçiririk. Bu barədə aidiyyatı qurumlara da məlumat verilir”.

O qeyd edib ki, 2021-ci ilin aprel ayında 4 bina, yay aylarında isə 6 bina təhvil veriləcək.
E. Əhmədovun məhkəməyə verilməsinə gəlincə, Z.Xıdırov bildirib ki, bu şirkət rəhbərliyinin təhqir edilməsi ilə bağlıdır:

“Vətəndaş hər hansı bir məsələdən narazıdırsa, problem yaşayırsa, evini sifarişini dəyişə, pulunu geri istəyə bilər. Əgər narazıdırsa, məhkəməyə müraciət edə bilər. Amma şirkət rəhbərliyini təhqir etməsi yolverilməzdir.”

Şərhlər

XƏBƏR LENTİ