SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kəmaləddin Heydərova daha bir zərbə

Kəmaləddin Heydərova daha bir zərbə

Tarix:

8-01-2021, 11:14

/ 1 036 dəfə oxundu.
Kəmaləddin Heydərova daha bir zərbə

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2011-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Cafe Baku Limited” və “Azerbaijan Juices Limited” şirkətləri ləğv olunur.

Londonda “Lime Street 52” ünvanında yerləşən şirkətlər 14 gün əvvəl ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.

Qeyd edək ki, hazırda hər iki şirkətə Böyük Britaniya vətəndaşı olan 57 yaşlı Gillian Ralston Jordan rəhbərlik edir.

Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov 1911-12-ci illərdə “Cafe Baku limited”, 2009-15-ci illərdə isə “Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.

FHN nazirinin kiçik oğlu Nicat Heydərov isə 1911-15-ci illərdə “Cafe Baku limited”, 2009-15-ci illərdə isə “Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, vaxtı ilə Londonda Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi şirkətlərin əksəriyyəti bağlanıb.

Hazırda yalnız iki şirkət – “United Enterprises İnternational Limited” və “Uei Restaurants Limited” şirkətləri öz fəaliyyətlərini davam etdirirlər. “Uei Property (UK) Limited” şirkəti isə 5 il əvvəl öz fəaliyyətini dondurub.

Digər şirkətlərdə oldğu kimi bu şirkətlərə də Gillian Ralston Jordan rəhbərlik edir.

Şərhlər

XƏBƏR LENTİ