XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Millətin işi gücü onlayndır... provayderlər də BƏRBAD GÜNDƏ! - NARAZILIQ!

Millətin işi gücü onlayndır... provayderlər də BƏRBAD GÜNDƏ! - NARAZILIQ!

Millətin işi gücü onlayndır... provayderlər də BƏRBAD GÜNDƏ! - NARAZILIQ!
4-01-2021, 11:38

"Evdən onlayn işləyirəm.İşim də sürətli internetlə bağlıdır.Saat 19:33-də internetim kəsildi.İşlətdiyim internet isə CityNet provayderindir". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Vəli Quliyev şikayətində yazır.

Daha sonra narazı vətəndaş bildirir: "Deməli *1177 yığmışam və internetin niyə kəsildiyini soruşuram.Texniki şöbəyə yönləndiririk.Yönləndi və bir müddət gözləmədən sonra "adboy" düşdü.
İkinci dəfə yığdım, yenə adres soruşdular və yenə problemi təkrarladım.Texniki şöbəyə yönləndirdilər və bir müddət gözləmədən sonra "adboy" düşdü.
Üçüncü dəfə yığanda operatorla 8 dəqiqə danışdım və bu müddət də ona internetin kəsilməsinin mənə maddi ziyan vurduğunu və nə zamana düzələcəyini soruşdum.Yenə eyni adres soruşmaq və texniki şöbəyə yönləndirmə etmək istəyən də artıq dözmədim və biraz aqressiv şəkildə problemi izah etməyə çalışdım ki, internetin olmamağı mənə ziyandı və düzəlməsə sabah mən internetsiz qalsam ciddi maliyyə problemi olacaq.Buna görə sizi məhkəməyə verə bilərəm dedim.
Bu əsna da operator məni borclu çıxarmağa və müqaviləni yaxşı oxumadığıma işarə elədi.Mən də ona zəhmət olmasa müqavilənin oxumadığım hissəsini deməyini istədim.Mənə internetdən oxumağı məsləhət gördü.Bu necə əməkdaşdır ki, müştəri müqaviləsini qarşısında olan komputerdən deyə bilmir.
Daha sonra isə it ölüsü baktelekomla işimi gördüyümü dedim.Bu söz bunun xətrinə dəydi bilmirəm niyə ?
Mənə deyir xahiş edirəm məni təhqir eləməyin.Dedim mən sizə heçnə demədim və mən də müştərilərlə işləyirəm.Amma onun nə dərəcədə aqressiv olmasına baxmayaraq onu sakitləşdirirəm ki, razı qalsın.Siz isə məni daha da əsəbləşdirirsiniz.Qayıdıb mənə dedi sizə sizin kimi müştəri arzu edirəm və adboy verdi.
Bu xidmətin və müştərilərlə davranışın göstəricisidir.Yəni əcəb edirik belə əlimizin içindən gəlir.Daha sonra yığdım şikayət etməyə Anar adlı əməkdaş deyir ki, yox ee biz belə interneti kəssək etiraz etməli deyilsiniz, verəcəyik də (sözündən elə çıxdı)
Məndə dedim bağışlayın, üzr istəyirəm sizi narahat elədim, siz bizi söysəniz də biz dinməməliyik.
Millətin işi gücü onlayndır... provayderlər də BƏRBAD GÜNDƏ! - NARAZILIQ!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.