SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur mağaza 2 ildir müştərisinin başına oyun açır... - GİLEY

Məşhur mağaza 2 ildir müştərisinin başına oyun açır... - GİLEY

Tarix:

4-01-2021, 09:57

/ 743 dəfə oxundu.
Məşhur mağaza 2 ildir müştərisinin başına oyun açır... - GİLEY

"Şikayətim Karaca Home mağazasındandır. 2019 Avqust ayında cehiz paketi aldıq, 10 gün ərzində evə çatdırılma olacağı bildirildi. 1 ay sonra çatdırılma oldu və paketə daxil olan ən önəmli parçalar gətirilmədi (bokal dəsti, 12 nəfərlik yemək dəsti). Bildirdilər ki, onu da, 1 həftəyə çatdıracaqlar. 1 həftə oldu 4 ay çatdırılmadı. Biz də ödənişi etmişik". DİA.AZ bildirir ki, bunu Leyla adlı xanım sosial şəbəkədəki paylaşımında qeyd edir.

Daha sonra şikayətçi yazır: "Yaxınlaşdıq mağazaya, bildirəndən sonra bütün mağaza çalışanları bir birinə qarışdı. Məlum oldu ki, mənim seçib pulunu ödədiyim yemək və bokal dəstini başqasına satıblar. Heç bir üzrxahlıq olunmadan dedilər yenisini seç çatdırılma edək. Seçdik, yenə çatdırılma olunmadı. Məsələ 2020 mart ayına qədər uzandı, sonrasında mağazanın Administratoru Aqşin “bəy” dedi ki bəs mən başımla cavabdehəm, çatdırılma edəcəm. Pandemiya dövrü davamlı olaraq məhsul satıb çatdırılma etsələr də, bir mənim aldıqlarım yenə çatdırılmadı. Dedilər gəl özün apar, halbuki çatdırılmaya pul ödəmişəm. Və mən keçən həftə mağazanın başqa filialına bu məsələləri danışdım, bildirdilər ki, çatdırılmayan parçaları seçim çatdırılma edəcəklər. Getdim yenidən seçdim, gəldim evə, bu səfər də seçdiklərimin güya anbarda qalmadığı deyildi. Bir az mübahisədən sonra dedilər var. Evə çatdırılma oldu və qab dəstində qırıqlar, bokallarda çartlaqlar var idi. Bildirəndə “özünüz gətirin dəyişək” dedilər. Apardım, mağazanın müdürü yaxınlaşdı ki bəs növbəni gözlə, komendant saatı aktiv olan vaxt idi. Saat 19.00 idi və mənim evim oradan çox uzaq idi. Dedim mən gözləyə bilmərəm. Mənə 2 ilə yaxındır etmədiyiniz hörmətsizlik qalmayıb, əgər burda növbəlilik prinsipi varsa, növbədə 1-ci mənəm. Ayrıca bu qədər vaxt mən sizin yetkilinizi tapmadım ki, şikayətimi bildirim. Hamı gəlir müdüriyyət mənəm, deyirəm heç nə olmur. Və mağaza müdüründən o möhtəşəm cavab “problemini dövlətə de” yəni onlara ödədiyim 1650 manatı dövlətə ödəmişcəsinə.. axırda gətirib qarşıma qırıq, çartlaq bokalları atıblar ki, seç. Deyirəm axı, bunlar da qırıqdır? Dedilər seç də, başqası yoxdur. Halbuki işçiyə tapşırdılar ki, sağlamları gətirmə orda qırıqlar var onları gətir. Vitrində sağlamları var, deyəndə, dedilər onlara dəymək olmaz. Mən də qırıqları seçib, vitrindəki sağlamlarla əvəzlədim, görmədilər. Mən bokalların ödənişini etməmişəm, bildirmişdilər ki onu silmişik, almazsan. Amma bu mağazada mənə “paketə daxildir, mütləq almalısan” dedilər. Mənsə ödəniş etmək istəmirəm, sırf bu hörmətsizliyə görə".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Məşhur mağaza 2 ildir müştərisinin başına oyun açır... - GİLEY

Şərhlər

XƏBƏR LENTİ