XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bayram Səfərov qazilərlə maraqlanmır

Bayram Səfərov qazilərlə maraqlanmır

Bayram Səfərov qazilərlə maraqlanmır
30-12-2020, 11:16

Vətən müharibəsində döyüşərək ağır yaralanan hərbçilərimizdən biri də Quliyev Xaliq Mobil oğludur. X.Quliyev döyüşlərdə aldığı ağır kontuziyadan sonra nitq qabiliyyətini də itirib və hazırda xəstəxanada müalicə olunur.

X.Quliyev 1983-cü ildə Şuşada anadan olduğunu bildirib. Ailə qursa da, sonralar ailəsindən də ayrılıb və bir oğlu məhkəmənin qərarı ilə onunla qalıb. Üç ildir ki, silahlı qüvvələrin N saylı hərbi hissəsində sürücü işləyən Xalıq Vətən müharibəsində döyüşə yollanıb:

“Birinci Qarabağ savaşında qardaşım Kamil Quliyev şəhid olub. Ona görə də Vətən müharibəsinə gedib qardaşımın qisasını almaq mənim ən böyük məqsədlərimdən biri idi. Müharibəyə yollandıqdan sonra cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa istiqamətində döyüşlərdə iştirak etdim. İdarə etdiyim maşında təminat və plamyot var idi. Ermənilər durduğumuz əraziyə minaatandan atəş açdılar və ardıyca da yaylım atəşli raket açdılar. Zərbənin təsirindən iki gün meşədə huşsuz vəziyyətdə qaldım. Məni başqa bir leytenant tapıb və ərazidən çıxarıb. Hazırda Ak.Mirqasımova adına Respublika Klinik Xəstəxanasında müalicə alıram. Nitq qabiliyyətimi itirmişəm və ona görə də sizinlə yazı üzərindən danışıram”.

X.Quliyev maddi vəziyyətindən və diqqətsizlikdən də gileylənib:

“Bu boyda ağır bir döyüş yolu keçdim, amma komandirim mənim medalla təltif olunmağım üçün adımı rəhbərliyə təqdim etmədi. Yataqxanada bir otaqlı evdə oğlumla birlikdə yaşayıram. Heç nəyimiz yoxdu, iki yorğan və döşəkdən başqa. Maddi durumum çox ağırdı, heç bir köməklik yoxdur. Biz şəhid ailəsiyik və əvvəl gündən mənzil şəraitimizin yaxşılaşdırılması üçün müvafiq yerlərə müraciət etsək də, heç bir köməklik edilməyib. Şuşanın icra başçısı indiyə kimi bir dəfə bizim problemimizlə maraqlanmayıb. Bizi ən çox narahat edən məmurların diqqətsizliyidir”. (moderator)

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.