Dövlət İdarəçilik Akademiyası tələbələrindən KÜTLƏVİ ŞİKAYƏT - "Rəcəb Rəhimlinin semestr ərzində ardıcıl qərəzli davranışları..."
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluğu və Kadr Siyasəti fənnindən imtahanla bağlı çox sayda tələbə şikayətşidir. DİA.AZ həmin şikayəti olduğu kimi təqdim edir:
“Hüquqşünaslıq, Beynəlxalq Münasibətlər və Politologiya ixtisasları üzrə 4-cü kurs tələbələri olaraq, DİA-da Dövlət Qulluğu imtahanının keçirilməsi ilə bağlı öz şikayətimizi bildiririk. Akademiya rəhbərliyinə imtahanın testdən başqa digər üsullarla aparılacağı təqdirdə, 3 qrup olaraq imtahanda iştirak etməyəcəyimizi bəyan etməyimizə baxmayaraq, rəhbərlik tərəfindən imtahanın şifahi olması qərara alındı. Sonra yenə etirazımızı bildirmək üçün rektora, dekanlığa hər üç qrup olaraq forum imzalayıb atdıq, bir neçə tələbəylə rektora müraciət etməyə getdik, ancaq rektorla görüşümüzə icazə verilmədi, süni əngəllər yaradıldı. Müəllim isə imtahana hazırlaşmağımız üçün müharibə vaxtı keçilməmiş dərslərin sualları da daxil olmaqla, normadan xeyli artıq sayda suallar göndərib.
Daha sonra rəhbərlik qərarda dəyişiklik edərək, imtahanın prezentasiya formasında olmasını qərara aldı. Biz isə bu qərarla razılaşmırıq. Səbəblər isə fənn müəllimi Rəcəb Rəhimlinin semestr ərzində ardıcıl qərəzli davranışları, dərslərdə bizi dəfələrlə aşağı qiymət yazmaqla hədələməsi, imtahan ballarıyla qorxutması, tələbələrlə kobud və təhqiramiz formada danışması, fənn saatının az olması və bu səbəbdən fənnin şifahi və prezentasiya üsuluna heç uyğun gəlməməsi, 50gün müddətində keçilməyən dərslər, Dövlət Qulluğuna qəbul imtahanın belə testlə olmasıdır. Bir daha bəyan edirik ki, imtahan test yolu ilə deyil, başqa üsullarla keçirilərsə, imtahanda iştirak etməyəcəyik.”
Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...