XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama

Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama

Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama
25-12-2020, 16:47

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetidir. Gələn il üçün pensiyaların orta məbləği 338 manat proqnozlaşdırılır. Yaşa görə pensiyanın məbləği isə 370 manat olacaq”.

Bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu gün alıcılıq qabiliyyəti üzrə Azərbaycanda həm minimumum, həm də orta pensiya məbləği MBD-də ən yüksək göstəricidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.