Bu qurumlar narkotiklərlə mübarizə üçün Dövlət Proqramına cəlb edildi - SƏRƏNCAM
Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi, digər aidiyyəti dövlət orqanları(qurumları) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı həyata keçirən qurumlar siyahısına əlavə edilib.
Prezident İlham Əliyev Dövlət Proqramına bununla bağlı yeni yarımbənd əlavə edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin qurumlar narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdəmexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi ilə mütəmadi məşğul olmalıdırlar.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb