Koronavirus xəstəsi karantin postunda saxlanıldı
Oğuz rayon sakini Nasif Həsənovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicəyə cəlb edilməsinə və sanitar-karantin qaydaları izah edilməsinə baxmayaraq o, yaşadığı ünvanı tərk edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
N.Həsənov barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb