XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto

Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto

Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto
21-12-2020, 14:35

Bakının Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Reportyor.info xəbər verir ki, sakinlər qəsəbədə yaranmış dərin gigiyenik problemlərə ciddi diqqət ayırmağı xahiş ediblər. “Belə ki, yaşadığımız ərazidə illərdir ki, “Məmmədoğulları” ASC-nin servis ərazisindən başlayan kanalizasiya və çirkab suları yaşadığımız ərazinin yaxınlığından keçməkdədir.

Bununla bağlı bir neçə dəfə müvafiq orqanlara, o cümlədən də Binəqədi Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, təəssüflər olsun ki, hələ bu günə qədər heç bir tədbir görülməyib.

izə şəxsən bu ilin iyul ayında ünvanladığımız məktubdan və məsələnin bir sıra media saytlarında ictimailəşdirilməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyətindən heç kim bu məsələnin həll olunmasına səy göstərməyib. Əvəzində isə Binəqədi RİH problemin həll olunması üçün “Azərsu” qarşısında qaldırıldığını vurğulamaqla məsuliyyəti öz üzərindən atmaqla bitmiş hesab edib”, – Prezidentə müraciətdə deyilir.



Sakinlərin sözlərinə görə, bundan əlavə, bu ilin iyul ayında Binəqədi RİH-ə gediblər: “İH-nin əməkdaşı ilə söhbət əsnasında bizə bildirildi ki, bu günlərdə kanalın ləğv olunması ilə bağlı layihə mütləq şəkildə icraya başlayacaq.

Amma o vaxtdan bu yana 5 aydan artıq zaman keçməsinə baxmayaraq, RİH tərəfindən heç bir addım atılmayıb. Qeyd etməliyik ki, yaşadığımız ərazidə xeyli sayda azayaşlı uşaqlar vardır, amma kanalın yaratdığı dözülməz üfunət və qeyri-adekvat şərait onların başqa yerdə oynaması üçün alternativ tanımayıb.

Üstəlik də, pandemiya dövründə onların sağlamlığı gələcəkdə arzuolunmaz nəticələrə bilər ki, bu da ərazidə müxtəlif cür infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Bundan əlavə, hər yağış yağanda kanaldan su daşaraq ətrafdakı evlərin həyətinə dolur, əhalinin gündəlik gediş-gəliş üçün istifadə etdiyi yolu su tamamilə basır.

Sakinlərin ətrafa yayılan çirkab sularda çəkmə ilə gəzməsi böyük bir narahatlığa səbəb olub. Ona görə də, bu kanalın birdəfəlik ləğv edilməsi sakinlər üçün əsas məsələyə çevrilib.



Diqqətinizə onu da çatdırırıq ki, hər dəfə ərazidə yaranmış problemlə bağlı mətbuatda yazı gedəndən sonra Binəqədi RİH-dən problemin qabardıldığı media orqanlarının rəhbərlərinə zəng edilərək müxtəlif yollarla gedən yazının sildirilməsinə çağırış edilib.

Hesab edirik ki, bu da sizin hər zaman ictimai nəzarətin, xüsusilə də İcra Hakimiyyəti orqanlarının əhalinin qarşılaşdığı problemlərin zamanında həll olunması bağlı səsləndirdiyiniz haqlı fikirlərə tamamən ziddir, və bu hərəkət yolverilməzdir.

Açığı, biz sakinlər problemin həllinin illərlə ləngiməsini Binəqədi RH-nin “Məmmədoğullar” ASC ilə hər hansı formada gizli sövdələşməsinin olduğundan irəli gəldiyindən şübhələnirik. Çünki hər dəfə bizə verilən yalan vədlər bunu deməyə əsas verir.

Biz artıq hər dəfə həm Binəqədi RİH, həm də Biləcəri bələdiyyəsinin problemin çox yaxın zamanda həll olunmasına dair söylədiyi yalanlardan bezmişik.

Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq, tərəfinizdən problemin dərhal aradan qaldırılmasını nəzarətə götürməyinizi və bununla əlaqədar olaraq Binəqədi Rayon İcra hakimiyyətinə ciddi tapşırıq verməyinizi xahiş edirik”.
Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.