XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda "1 saylı Uşaq Xəstəxanası" adlı bazar - GİLEY

Sumqayıtda "1 saylı Uşaq Xəstəxanası" adlı bazar - GİLEY

Sumqayıtda "1 saylı Uşaq Xəstəxanası" adlı bazar - GİLEY
21-12-2020, 13:44

"Noyabrın 25-i 40 günlük körpəmi Sumqayıtda 1 saylı Uşaq Xəstəxanasına qızdırma və yüngül vəziyyətdə çətin nəfəs almağa görə yatızdırdıq. Orda körpələrə elə səhnəkar, laqeyid baxırlarki sanki pişik balasıdı gətirib atıblar ora". DİA.AZ bildirir ki, bu sözləri şikayətində Sumqayıt sakini Kamran ÖĞmərov bildirib.

Daha sonr narazı vətəndaş yazır: "Uşaq UZİ-dən keçirilməli idi həkim xəstələnmişəm adı ilə yerində tapılmadı. Və nəticədə xəstəliyi naməlum qaldı. Sistemnən yola verdilər. Allahın bir dərmanı qalsın kənara, qulaq çöpü belə tapılmırdı. 4 gün sonra bazar günü körpənin vəziyyəti ağırlaşdı. Anası alıb körpəni çıxıb kolidora ora bura qaçır nə həkim tapılır nə tibb bacısı. Həkimə zəng edib hay-küynən çağırtdırdıq. Dediyinə görə başqa xəstəxanada covid-19 xəstələrinə baxırdı. Körpələrin yanında kim durmalıdı müəmmalı olaraq qalır. Gəldi və anidən tapılmayan tibb bacıları bir-bir ortalığa çıxdı. Həkim qan köçürmək lazım olduğunu bildirdi amma təcili yardım yox idi. Məcbur komendat postlarına ilişə-ilişə özümüz gedib qan götürüb gəlmişik. Amma faydası olmadı. 12 saat uşaq əziyyət çəkə-çəkə dözmədi dünyasını dəyişdi. Hələdə səsi qulağımdan getmir. Kimlərin ucbatından, insan sevgisi görməmiş həkim və tibb bacıları ucbatından. Anası 2 dəfə özündən getdi ayıltmağa bir şey tapa bilmirdilər. Bir çox səbəblər yazaram ordakı vəziyyətdən vaxtıvızı almaq istəmirəm. Şikayət mənasızdı çünki ora bura yazıram maraqlanmırlar ya da qəbuluna düşmək olmur. Sanki bunlar körpəni pul verib alırlar. Burda əsas günahkar özümü görürəm. Çünki sonradan hər kəs mənə bildirdiki ay axmaq ora uşaq qoymazlar. Artıq gec idi. Bunu paylaşmaqda məqsədim ordakı vəziyyəti bilin və mən yandım, siz yanmayın. Körpələr günahsızdır. O əziyyəti çəkəcək heçnə etməmişdi. Guya planlaşdırmışdımki təhsilinə diqqət edəcəm Vətən üçün, Millət üçün xeyirli və uğurlu övlad yetişdirəcəm. Ona görə də adını Uğur qoymuşdum. Amma olmadı. Körpələrinizi qoruyun. Təəssüffki sistem bizi özəl klinikalara getməyə məcbur edirsə, sistemə qarşı çıxa bilmərik".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.