SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » SOCAR-a bağlı şirkətdən Vətən Müharibəsinə sayğısızlıq - Döyüş xəttində olan əsgəri işdən çıxarıblar...

SOCAR-a bağlı şirkətdən Vətən Müharibəsinə sayğısızlıq - Döyüş xəttində olan əsgəri işdən çıxarıblar...

Tarix:

18-12-2020, 13:03

/ 1 154 dəfə oxundu.
SOCAR-a bağlı şirkətdən Vətən Müharibəsinə sayğısızlıq - Döyüş xəttində olan əsgəri işdən çıxarıblar...

Pro Security” şirkəti cəbhədə olan əsgəri “öz istəyi” ilə işdən azad edib. Vətən Müharibəsinə gedən bir əsgərin aldaılaraq işdən çıxarılmasına nə ad vermək olar?..
Vətən Müharibəsinə gedən bir əsgərin aldadılaraq işdən çıxarılması Ordumuza və Müqəddəs Savaşımıza arxadan vurulan zərbədir. Çox təəssüf hissi ilə qeyd edirik ki, belə hallarla da rastlaşırıq.

Əsasən SOCAR-ın obyektlərini mühafizə edən və bu qurumun Təhlükısizlik İdarəsinə bağlı olan “Pro Security” şirkəti hazırda Murovda vətənə xidmət edən əsgər Gülməmmədov Elvin Saleh oğlunu hərbi xidmətdə olduğu halda qanunsuz olaraq işdən azad edib. Bu barədə əsgərin atası Saleh Gülməmmədovun PİA.az-a ünvanladığı şikayətdə bildirilir.

Saleh Gülməmmədov bildirib ki, oğlu Elvin Gülməmmədov 30 sentyabrda Nəsimi rayonundan hərbi xidmətə çağırılıb. Hərbi xidmətə çağırılması ilə bağlı oğlu mühafizəçi işlədiyi “Pro Seurity” şirkətini məlumatlandırıb və şirkətdən ona mərkəzi ofisə gəlməyi xahiş ediblər. Şirkətdə Elvinə bildiriblər ki, “Pro Seurity” şirkəti bağlandığına və yerində yeni şirkət yaradıldığına görə, işçiləri işdən azad edirlər və yeni şirkətə yenidən işə qəbul edəcəklər. Şirkətdən Elvin Gülməmmədova bildiriblər ki, onu öz istəyi ilə işdən azad etsələr də hərbi xidmətdə olduğu müddətdə onun maaşını kartına vuracaqlar və yeni şirkət fəaliyyətə başlayan kimi, onu da işə bərpa edəcəklər. Maraqlıdır ki, elə orada da Elvin Gülməmmədovun işdən azad olunması ilə bağlı əmr verilib və ona əmək kitabçasını qaytarıblar.

Elvin Gülməmmədov əmək kitabçasını 29 sentyabrda alsa da, əmək kitabçasında onun işdən azad olunduğu tarix 01.10.2020-ci il göstərilir. Yəni faktiki olaraq Elvin Gülməmmədov cəbhədə vuruşurkən “Pro Seurity” şirkəti tərəfindən işdən azad olunub. Bəs “Pro Seurity” şirkəti cəbhədə döyüşən əsgərin işdən azad olunmasını necə izah edəcək? Axı bir ay müddətində cəbhədə döyüşən əsgər öz xahişi ilə işdən azad oluna bilməzdi.



Saleh Gülməmmədov bildirir ki, oğlu Vətən Müharibəsinə yollandıqdan sonra onun kartına maaşı daxil olmayıb.

Bununla bağlı Saleh Gülməmmədov “Pro Seurity” şirkətinə müraciət edib. Şirkətin Rəşad İsrafilzadə adlı rəsmisi ilə görüşəndə isə “məlum olub ki, onun oğlu Elvin Gülməmmədov hərbi xidmətə getməmişdən öncə şirkətə gələrək işdən azad olunması ilə bağlı ərizə verib və öz istəyi ilə işdən çıxıb”. Saleh Gülməmmədov oğlunun aldadıldığını diqqətə çatdırsa da, Rəşad İsrafilzadə bildirib ki, bu məsələdə artıq ona heç bir köməklik edə bilməz, çünki onun yerinə işə başqa adam götürülüb.

Saleh Gülməmmədov qeyd edir ki, işlədiyi müddətdə oğlundan heç bir narazlıq olmayıb. Daha əvvəl AFFA-nın binasının mühafizəsində çalışan oğlu Elvin Gülməmmədov daha sonra Tbilisi prospektində bir obyektin mühafizəsində xidmət edib və çalışdığı müddətdə də şirkət rəhbərliyi ondan razı qalıb və bunu onun özünə də dəfələrlə deyiblər.

Qeyd edək ki, Vətən Müharibəsində Ağdamda kəşfiyyatçı bölümündə xidmət edən Elvin Gülməmmədov hazırda Murovdağda xidmət edir. Onun 5 və 1,5 yaşlı iki övladı var. Həyat yoldaşı işləmir və ailə Xırdalanda kirayadə yaşayır.

Elvin Gülməmmədovun atası Ali Baş Komandan, prezident İlham Əliyevə müraciət edərək qarşılaşdıqları qanunsuzluq və ədalətsizliyin araşdırılmasını, oğlunun haqqının bərpa olunmasını xahiş edir.

Öz canları, sağlamlıqları və inanılmaz qəhrəmanlıqları ilə Vətən Müharibəsində bütün Azərbaycan xalqına Böyük Qələbə bəxş edən hərbiçilərimizə qarşı bəzi özəl şirkətlərin göstərdikləri münasibət anlaşılmazdır. Xüsusən “Pro Seurity” şirkətinin Elvin Gülməmmədova qarşı etdiyi nə hüquqi, nə də mənəvi əndazəyə sığmır.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə görə, pandemiya dövründə içşilərin işdən azad olunması qadağan olunub. Vətən Müharibəsi iştirakçılarının isə əmək haqlarının saxlanılması isə həm qanunların, həm də dövlət başçısının imperativ tələbidir. Görəsən, bu şirkət Prezidentin və qanunların tələblərini ayaqlar altına atmaq cəsarətini haradan alır? Bağlı olduğu SOCAR rəhbərliyinin bu hərəkətdən xəbəri varmı?

Müharibə başlayandan Ali Baş Komandandandan tutmuş sıravi vətəndaşa qədər hamının ürəyi torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə döyündüyü, hər birimiz əsgərlərimizə dua və alqış etdiyi, əlimizdə olan son manatla belə, Müzəffər Azərbaycan əsgərinə yardım etməyə çalışdığımız bir zamanda SOCAR-ın Təhlükəsizlik İdarəsinə bağlı bir şirkətin canını Vətən Uğrunda sipər edərək soyuq, yağış, qar demədən, ən ağır şərtlər altında mənfur düşmənlə mübarizə aparan döyüşçüyə qarşı sərgilədiyi belə bir münasibət, əlbəttə, təəssüf və təəccüb doğurur. İsti və komfortlu otaqlarda oturub Murovda sərt şaxtada, ağır iqlim şərtləri altında Vətənin müdafiəsi ilə məşğul olan əsgərimizin ailəsini ac saxlamaq ordumuza arxadan vurulan zərbədir.

PİA.az
SOCAR-a bağlı şirkətdən Vətən Müharibəsinə sayğısızlıq - Döyüş xəttində olan əsgəri işdən çıxarıblar...


Şərhlər

XƏBƏR LENTİ