SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azad edilən əsir və girovların SON VƏZİYYƏTİ

Azad edilən əsir və girovların SON VƏZİYYƏTİ

Tarix:

17-12-2020, 12:38

/ 1 342 dəfə oxundu.
Azad edilən əsir və girovların SON VƏZİYYƏTİ

Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır. Tərəflər ilk növbədə döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar”.

Bunu AzərTac-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir: “Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir. Digər vacib vəzifə isə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Azad edilmiş vətəndaşlarımız hazırda dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə edilməklə müayinə və müalicə olunur, sağlamlıqlarını bərpa edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib. Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib".

Şərhlər

XƏBƏR LENTİ