SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Camaat gözümüz görə-görə sərçə kimi qırılır..." - buna bir baxan olmayacaq?

"Camaat gözümüz görə-görə sərçə kimi qırılır..." - buna bir baxan olmayacaq?

Tarix:

17-12-2020, 10:40

/ 799 dəfə oxundu.
"Camaat gözümüz görə-görə sərçə kimi qırılır..." - buna bir baxan olmayacaq?

"Tibbdən başı çıxan adamların geniş bir araşdırmasına ehtiyac var. Ümumiyyətlə bu TƏBİB niyə yarandı və hansı yaramıza TƏBİB oldu? Qızın iki adaxlısı olan kimi, bütün xəstəxanalarda ikili "əmr sahibləri" var..." DİA.AZ bildirir ki, bu sözləri tanınmış jurnalist Cəmil Məmmədli sosial şəbəkələrdə paylaşdığı statusunda qeyd edib.

Daha sonra C.Məmmədli yazır: "Xaçmazda, şimalda vəziyyət daha bərbaddır.
Əslində elə ölkə yaman gündədir, şimal da onun bir parçası...
Öz xalqına qarşı bu qədər amansız olmağa sizi məcbur edən nədir?
Küçə tərbiyəsizləri səviyyəsində olan adamlarınızı işlə təmin etmək üçün yaratdığınız mənasız qurumların, dövlətə vurduğu ziyanları kim araşdırır?
Səhiyyə nazirliyi gül eləmişdi, bircə bülbülü əksik idi, ona da TƏBİB gəldi çatdı...
Sadəcə səhv oldu, bülbül deyil, bayquş gəldi...
Camaat gözümüz görə-görə sərçə kimi qırılır, buna bir baxan olmayacaq?
Xaçmazda onsuz da nəticəsi heç kəsə lazım olmayan o korona analizini qadağan ediblər.
İyirmi adama zəng vurmalısan, otuz adamdan xahiş eləməlisən ki, ağzına çubuğu soxub, sənə ya xəstəsən, ya da sağlamsan desinlər.
Belə müsibət olar?
Küçədən keçən təsadüfi adamlarını götür, cəhənnəm ol da ay TƏBİB.
Sənin sığortan da lazım deyil.
Onsuz da faizə işləyən şeysən, bəsdi də...
Utanmırlar e...
Qarabağda erməni qonşu adı ilə başımıza nə açdısa, bu gün TƏBİB adı ilə başımıza oyun açanlar, şəxsən mənə görə eyni statusdadırlar!!!
Yazanda xoşları gəlmir, cəhənnəmə gəlsin!!!
Adam necə bu qədər həyasız ola bilər e?
Xaçmaz konkret batır, o biri rayonlar da, it günündə..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ