SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Fədək” MMC sakinlərə DİVAN TUTUR - GİLEY

"Fədək” MMC sakinlərə DİVAN TUTUR - GİLEY

Tarix:

17-12-2020, 10:17

/ 1 065 dəfə oxundu.
"Fədək” MMC sakinlərə DİVAN TUTUR - GİLEY

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanındakı dördmərtəbəli binaların yerində “Fədək” MMC hündürmərtəbəli yaşayış binaları tikməyi planlaşdırır. Amma əvvəlki binaların sakinlərindən bir neçəsi buna razı deyil, evindən çıxmaq istəmir. DİA.AZ-ın məlumatına görə, həmin narazı vətəndaşlardan biri olan Elmina Sultanova bildirib ki, dekabrın 15-də 10 yaşlı qızı ilə birlikdə polis gücünə evindən zorla çıxarılıb:

“Onsuz da həyətdəki evlərin bir hissəsini söküb, qəza vəziyyəti yaratmışdılar. İşıqları da söndürdülər. Telefonun enerjisi olmadığına görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, qızımın vəziyyəti pisləşdiyinə görə təcili yardıma da zəng eləyə bilmədim. Uşaq dəhşətə gəlmişdi. Qapını sındırıb zorla evə soxulub, bizi çıxardılar. Əşyalarımızı da sındıra-sındıra yığıb, özlərinin tutduğu evə aparıb tökdülər. İnana bilmirəm ki, bu qədər özbaşınalığın hökm sürdüyü bir ölkədə yaşayıram. Yoxsa virusun tüğyan etdiyi bir vaxtda bizi, 10 yaşlı uşağı öz halal evindən çıxarıb küçəyə atmağın adı nədir?”

“Fədək” MMC köhnə binaların bir çox sakini ilə razılığa gəlib ki, tikəcəyi hündürmərtəbəli binalardan onlara mənzillərinin sahəsindən də böyük, təmirli ev verəcək. Yeni mənzillər tikilib təhvil verilənə qədər isə onlar kirayədə qalacaqlar. Kirayə pulunu da şirkət ödəyəcək. Bu şərtlərlə razılaşmayan Elmina Sultanova və qonşuları isə mənzillərinin müqabilində pul tələb edir.

“Biz onlara inanmırıq. Kim zəmanət verə bilər ki, onlar dediklərinə əməl edəcəklər? Şirkətə rəhbərlik edənlərdən biri bundan əvvəl eyni mənzili bir neçə nəfərə satdığına görə məsuliyyətə cəlb olunub. Belə birinə necə inanım? Ona görə tələb edirəm ki, əgər bina mütləq sökülməlidirsə, o zaman pulumu ödəsinlər”, - deyə Elmina Sultanova bildirib.

Şərhlər

XƏBƏR LENTİ