Uşaqların bağça arzusu "Masal"a döndü... - Valideynlərin ödədiyi pullar geri qaytarılacaqmı?
Karanovirusun tüğyan etməsi bir çox sahələri zəlil edib.
Mağazalar, dükanlar, ticarət mərkəzləri qapalı. Bərbərlər , pinəçilər, dərzilər işsiz qalıb.
Başqa yol da yoxdur. Epidemiya yayılır. Hamıya çətindir. Məcburən hamı evə qapanıb.
Məktəblər də işləmir. Bir bağçalar işləyirdi onlar da qapandı.
Amma bu o demək deyil ki, iş qapanıbsa kiminsə pulun mənimsəməlisən.
Mozalan.az xəbər verir ki, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində, Nizami metrosunun arxasında olan "Masal” uşaq bağçasının rəhbərliyi dələduz variantını seçib.
Uşaqları bağçaya qoymaq istəyən valideynlərdən pul alıblar. İndi bağça fəaliyyət göstərmir. Valideyn pulu istəyir. Müdirə Rəhimə Nəsibovanı tapa bilmirlər. Pulu qaytarmamaq üçün buxarlanıb.
Yüzlərlə bu tipdə bağça var, buxarlanmaq kimsənin ağlına gəlməyib.
Axı bu Rəhimə xanımın bağçasının heç sənədləri də qaydasında deyil. Valideyn nə etməlidir? Kimə deməlidir dərdini?
Yaqin ki, hüquq-mühafizə orqanlarına.
Görək sonra necə buxarlanacaqlar. 



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb