XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Eldar Əzizov “XİMEKSPRESS-2000” Firması ilə işbirliyinin formatını niyə dəyişdi?

Eldar Əzizov “XİMEKSPRESS-2000” Firması ilə işbirliyinin formatını niyə dəyişdi?

Eldar Əzizov “XİMEKSPRESS-2000” Firması ilə işbirliyinin formatını niyə dəyişdi?
8-12-2020, 12:37

Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyıtinə başçı təyin edilməsinin ikinci ili tamam olmaq üzrədir. Bu iki il ərzində Eldar Əzizovun rəhbərliyi ilə şəhər təsərrüfatının işində nə kimi dönüş yarandı,mütəxəsislər daha yaxşı bilər.Amma qeyd edək ki,Eldar Əzizov hələ Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edərkən özünə yaxın adamları artıq İcra Hakimiyyətinə toplamağa başlamışdı.Vəzifəsinin icrasına başlar-başlamaz Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumlarda yoxlamalar apartdıran Eldar Əzizovdan ciddi tədbirlər gözlənildiyi halda bir neçə nəfərdən başqa bu gün hamı əvvəlki kimi işinin başında durub istəklərini həyata keçirməkdədirlər. Məsələn Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev də,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov da bu gün də işlərinin başındadır və kimin adamı olmasından asılı olmayaraq Eldar Əzizova xidmət edirlər.

Eldar Əzizovun “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin rəisinin yerinə təyin etdiyi Eldar Eldarovun da İcra başçısının yaxın adamlarından biri olduğu söylənilir. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məşhur direktoru Vaqif Novruzdan sonra sözügedən qurumda da tez-tez rəhbər dəyişikliklər aparılır.Bu dəyişikliyin nə ilə əlaqadər olması barədə konkret fikir söyləmək çətindir.Lakin görsənən odur ki,Eldar Əzizov ötən ay Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktoru Elşən Məmmədzadəni tutduğu vəzifədən kənarlaşdıraraq özünə daha yaxın şəxslərdən olan,İcra Hakimiyyətinin maliyyə sektorunda çalışmış Həsrət adlı bir şəxsi təyin edib.Bu şəxs artıq bir aydan çoxdur ki,vəzifəyə təyin olunsa da hələ də ictimaiyyətə aşıqlanmayıb.Bu yeni təyinatın bir qaranlıq tərəfi də məhz budur.

Aktualinfo.org Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçirdiyi tender prosedurları barədə ötən ay məlumat yaymışdı.Nəticəsi 03.12.2020-ci il tarixdə elan olunmuş tender proseduruna görə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Tender Komissiyası Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, toxumların, gübrə və dərman preparatlarının satınalınması üzrə 30.10.2020-ci il tarixdə keçirilmiş elektron tenderin yekun protokoluna əsasən fiziki şəxs Arzu Bəhlul qızı İsmayılovanı qalib elan etmiş və həmin şəxslə 929627.6 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Bakı şəhərində yaşıllıq sahələrinə aqrotexniki qulluqda istifadə olunan ləvazimatların, mexanizimlərin və alətlərin satınalınması üzrə 23.10.2020-ci il tarixdə keçirilmiş elektron tenderin yekun protokoluna uyğun olaraq “TAM GROUP” MMC qalib elan olunmuş və sözügedən MMC ilə 254293.89 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Aktualinfo.org ötən ay Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçirdiyi tender prosedurları barədə oxuculara məlumat vermişdi.Xatırladaq ki,Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ötən il də yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin satınalınması üzrə bir tender də keçirmişdir.Bu tenderin nəticəsi isə 11.10.2019-cu il tarixdə elan olunub və “XİMEKSPRESS-2000” Firması ilə yaşıllıq sahələrinə tələb olunan əkin materiallarının satın alınması üçün 2870751.16 manat məbləğində müqavilə bağlanılıb.Həmin MMC ilə gübrələrin satınalması üzrə 08.10.2019-cu il tarixdə 226397.16 manat dəyərində müqavilə bağlanmışdır.Ötən il yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlər alınmasına ümumi olaraq 3097148 manat məbləğində dövlət vəsaiti atrıldığı halda bu il yenidən bu qədər vəsaitin xərclənməsinə nə kimi zərurət olub,çox maraqlıdır. Qeyd edək ki,Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qalib elan etdiyi MMC-lərin hamısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxınlığı ilə tanınırlar.Eldar Əzizov hələ Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olarkən burada keçirilən tenderlərin böyük əksəriyyətinin qalibi “XİMEKSPRESS-2000” Firması olub.Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra bu firma ilə bağlanan müqavilələr də bunu deməyə əsas verir.

Qayıdaq fiziki şəxs Arzu İsmayılovanın qalibi olduğu tenderə.Burada satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın görsənir.Prosedur zamanı fiziki şəxsin anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları nəzərə alınıbmı? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində fiziki şəxs kimi dövlət qeydiyyatına alınmış Arzu İsmayılova Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlanılmış bir milyon manat civarında satınalma müqaviləsindən gələn öhdəlikləri yerinə yetirmək imkanları nə dərəcədidr?

Aktualinfo.org xatırladır ki,araşdırma yazılarımızın birində “Ximekspress 2000 Firması”nın 25 may 2000-ci ildə dövlət qeydiyyatına alındığı barədə məlumatlar vermişdik. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu, qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğlu olduğunu qeyd etmişdik.İndi firmanın qanuni təmsilçiliyində formal bir dəyişiklik edilib.Bu da İlqar Nuriyevin Eldar Əzizova yaxınlığı ilə bağlıdır.Əldə etdiyimiz son məlumatlara görə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bir milyon manat civarında satınalma müqaviləsi bağlanılmış fiziki şəxs Arzu İsmayılova məhz “Ximekspress 2000 Firması”nın təmsilçisidir.Bu isə o deməkdir ki,Eldar Əzizov hələ də ona yaxınlığı ilə tanınan İlqar Nuriyevlə işbirliyini davam etdirir.Sadəcə bu işbirliyinin formatı dəyişdirirlib.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.