SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

Tarix:

1-12-2020, 09:52

/ 768 dəfə oxundu.
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

"44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərin mənzil, ümumilikdə sosial təminatı yenidən gündəmə gəlib. İllərdir dövlətin bu sahədə həyata keçirdiyi siyasət əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən sanki məqsədli şəkildə darmadağın edilməkdədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Sahil Babayevin əməkdaşları mənzil problemi ilə üzləşən həmin ailələrin evlərini, yaşayışını əks etdirən fotoları durmadan həvəslə ictimailəşdirirlər. Guya hansısa yardım üçün gediblər. Bu görüşlərdən sonra mənzilin veriləcəyi ilə bağlı hər hansı müddət və ya konkter vəd ortada olmur. Boş sözlər... Əvəzində Vətən üçün canını verən insanların acınacaqlı durumda olan mənzillərini nümayiş etdirməklə, illərdir Azərbaycanın sosial dövlət olması ilə bağlı təbliğatı yerlə bir edirlər. Sosial dövlətdə insanlar belə evdə yaşamır cənab Babayev! Bunun hansısa təcrübəsizliyin və ya məqsədli fəaliyyətin elementi olmasını söyləmək çətindir.

Amma problemin əsl kökü bu deyil. Əsl səbəb Sahil Babayevin nazirlikdə qurduğu sistemdən qaynaqlanır.

Vətən uğrunda canını verən şəhidlərimizin mənzil problemi, yəni tikintisi və ya alınması ilə Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyəti məşğul olur.

Bura kim rəhbərlik etsə yaxşıdır? Əmək və əhalinin sosial müdafiəsi nazirlinin müavini Hidayət Abdullayevin bacısının həyat yoldaşı İsmayıl İsrafilov.

Hidayət Abdullauev kimdir? Nazir Sahil Babayevin İqtisadiyyat nazirliyində şöbə müdiri və müavin olarkən adi bir köməkçisi. Özü ilə ƏƏSMN-ə gətirdiyi Hidayət Abdullayevi Sahil Babayev cəmi 1 ildə nazir müavini postuna oturda və əlahiddə səlahiyyətlər verə bilib.

Bəs ƏƏSMN-də şəhid ailələrinə və müharibə iştirakçılarına mənzil bölgüsü kimin əlindədir? Hidayət Abdullayevin qrup yoldaşı, cənab Babayevin bəzi hallarda kadr məslələrində məsləhətçisi Vüqar Behbudovun əlində. Keçmiş nazirin sevimli kadrı olan Behbudov məhz bu əlaqələrinə görə yeni nazirin də sevimli adamına çevrilib və hazırda nazirliyin Sosial Xidmətlər Agentliyinin rəhbəri vəzifəsinə qədər irəliləyə bilib.

Beləlikə, şəhid ailələrinə və müharibə iştirakçılarına mənzil verilməsində tam bir rəzaləti əks etdirən mənzərə! Bu qədər dost-qohumun birgə məşğul olduğu dövlət işində şəffaflıq ola bilərmi? Əsla yox!

Məhz bu səbəbdəndir ki, Sahil Babayev nazir təyin olunandan şəhid ailələri, nə qədər acı olsa da, gah 11 min manata, gah da mənzil məsələsinə görə qapılarda şikayətçidir. Harın həyat tərzi sürmüş “DOST” məclisi artıq ƏƏSMN-də heç kimi qəbul etmir. Narahat olmasınlar deyə bütün şikayətçilər DSMF-nin Yasamaldakı binasına göndərilir.

Ümid ona qalır ki, yuxarı səviyyədə kimsə hökumətin ərköyün adamı Sahil Babayevə dur deyəcək. Əks təqdirdə bu nazirlikdən artan şikayətlər, nəticə etibarilə həssas təbəqənin hakimiyyətdən narazılılğı bitmək bilməyəcək!!!"

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

Şərhlər

XƏBƏR LENTİ