DTX-nın həbs etdiyi məmurların şöbələri ləğv edildi – YENİ TƏYİNAT
Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsində bir sıra şöbələr birləşdirilib.
İdarənin Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsi və konsulluq hüquq şöbəsi ləğv edilərək, yerində Konsulluq məsələləri şöbəsi yaradılıb.
Yeni yaradılan şöbənin rəisi vəzifəsinə Əli Qarayev təyin olunub.
Qeyd edək ki, bu ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyat zamanı Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
26 sentyabrda Səbail rayon Məhkəməsində N.Abdullayev və İ.Əliyevin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətə baxılıb və hakimin qərarı ilə hər iki şəxs ev dustaqlığına buraxılıb. //Mediapost.az//

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb