Rəşid Mahmudov DTX-yə müraciət etdi
Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.
Müraciət sosial şəbəkələrdə R.Mahmudovun adından müəyyən xoşagəlməz, saxta fikirlərin tirajlanması ilə əlaqədardır. Rəşid Mahmudov müraciətində deyir:
"Adımdan yayılan saxta xəbərlərin araşdırılması və cəzalandırılması haqqında göstəriş verməyinizi xahiş edirəm! Məlumunuz olsun ki, mən sosial şəbəkədən istifadə edə bilmirəm. Yəni status yazmaq, o cümlədən də video yükləmək, foto yerləşdirmək və s. bilmirəm! Yalnız TV kanallarına verdiyim müsahibələrdə səsləndirdiyim fikirlərə inanın!
82 yaşındayam, yetərincə yetirmələrim var. Yaşımın bu çağında mənim adımdan saxta bəyanatlar yayanları özümə təhqir hesab edirəm! Bir daha xahiş edirəm, saxtakarları ifşa edib, cəzalandırasınız!".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək