"Bu ağır dövrdə bazar açıblar..." - GİLEY
"Şikayətim 20 yanvar ərazisində yerləşən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasındandir". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Royal Lələyev sosial şəbəkədəki statusunda yazıb.
Daha sonra narazı vətəndaş bildirir: "Adı, özü guya Dövlət Xəstəxanasıdır. Xəstəmiz var burda, artıq 5-ci gündür ki burdadır. Bu gün yenə gəlmişik bura xəstəmizi görək. Lakin özünü "mühafizə" adlandiran şəxs bizi icəri buraxmağa 5 Azn pul istəyir. Tibb işçiləri, "sanitarka"lar hər biri 5 Azn-dən istəyir. 4 tibb bacısı, 1 mühafizə... 25 Azn verməliyəm ki, 10 dəqiqə xəstəmizi görəm.
Nəyə görə belə olmalıdır?! Zatən, bu 5 gündə 400-Azn dən çox xərcimiz çixib bu dövlət xəstəxanasına. Hara baxır aidiyyatı qrumlar, Səhiyyə Nazirliyi... bilmirəm. Qısası BAZAR açiblar burda. İnsanlarin bu çətin - Müharibə dövründə, Covid-lə mübarizə etdiyi bir vaxtda bu insafsizliq yolverilməzdir. Onlarla insanlar var və hamısı çöldə qapıda gözləyir... pul tələb edənlərin əlindən..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək