"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
"Bank VTB Azərbaycan"ın Şuşa qəhrəmanlarından birinin ailəsini aldatdığı iddia olunur.
"MediaPost" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Belə ki, məlumata əsasən Şuşanın alınmasında qəhrəmanlıq göstərən Əhmədov Elçin Əhməd oğlunun "Bank VTB Azərbaycan"a kredit borcu olub və hərbçi həmin borcunu ödəyə bilməyib. Bank isə sözügedən hərbçi E. Əhmədovun ailəsi ilə danışaraq borcu bağlayacaqları ilə bağlı söz verib.
Lakin bu məsələ diqqətdən yayınandan sonra bank E. Əhmədovun qardaşı Rəşad Əhmədova zəng edərək borcu bağlamayacağını bildirib. Qeyd olunur ki, Elçin internatda böyüyüb və hazırda üç azyaşlı övladı var.
Bankdan sözügedən məsələ ilə bağlı "MediaPost"un sorğusuna cavab olaraq bildirildi ki, "Bank VTB" fərdi yanaşmanın tərəfdarıdır və hər konkret hadisədən asılı olaraq, krediti olan müştərilərinə kreditin restrukturizasiyasını, ödəniş üçün güzəşt müddətinin verilməsi və ya borcun tənzimlənməsinin digər mexanizmlərini təklif edir: "Əvvəl də söz verdiyimiz kimi, biz müştərinin ailə üzvü ilə əlaqə saxlamışıq və Azərbaycan Respublikası qanunvericiliyi və bütün tənzimləyici orqanların göstərişlərinə əsasən, vəziyyətin həlli yollarını təklif etmişik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...