Daşkəsənə qar yağdı - Faktiki hava
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, noyabrın 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv olub, Daşkəsəndə qar yağıb.
Düşən yağışın miqdarı Xaçmazda 96 (aylıq normanın 292 faizi), Astarada 6, Lerikdə 4, Lənkəranda 3, Ordubad, Yardımlıda 2, Ağdərə, Daşkəsən, Naxçıvan, Biləsuvar, Şahbuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 57 (aylıq normanın 195 faizi), Maştağada 41 (aylıq normanın 108 faizi), Bakıda 38 (aylıq normanın 130 faizi), Sumqayıtda 15 mm (aylıq normanın 54 faizi) olub.
Havanın temperaturu Bakıda iqlim norması daxilində olub, maksimal temperatur Bakı və Abşeron yarımadasında 12-14, aran rayonlarında 14-17, dağlıq rayonlarda 0-4, Naxçıvan MR-da 10-12 dərəcə isti olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək