XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı ittiham

Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı ittiham

Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı ittiham
12-11-2020, 18:26

“Baku Medical Plaza” cəbhəyə döyüşçü kimi yollanan hərbçi Müslüm Rəhimlinin iki aylıq övladını dünən ödənişə görə 4 saata yaxın girov saxladı. Nə qədər xahiş-minnət etsək də, ödənişi tam etmədən uşağı xəstəxanadan buraxmadılar”.

Bu iddia ilə “Qafqazinfo”ya döyüşçünün qardaşı Adil Rəhimli müraciət edib. O deyir ki, noyabrın 6-da yaşadıqları İmişli rayonundan iki aylıq körpə Rəhmanı ağır vəziyyətdə “Baku Medical Plaza”nın Babək prospektində yerləşən filialına çatdırıblar:

"Bağırsaq kanalı qapalı olduğuna görə körpə təcili əməliyyat edilməli olub. Xəstəxanaya gətirəndə dedim ki, əmanətdir, atası müharibədədir, Vətən uğrunda döyüşür. Mənə dedilər ki, “atasının müharibədə olmasının bizə dəxli yoxdur, xəstəxanaya gəlibsə depozit ödəməlisən”.

400 manat depozit, 70 manat koronavirus testinə görə ödəniş etdim. İki gün bu məbləğdə depozit, 1800 manat əməliyyat haqqı ödədim. Dünən uşağı çıxarmağa getdik. Baxmayaraq ki, bu ödənişləri etmişdik, uşağı xəstəxanadan buraxmadılar. Bir neçə saat gözlədəndən sonra dedilər ki, əlavə 1400 manat da ödəniş eləməlisiniz. Halbuki əməliyyatı edən cərrah demişdi ki, hərbçi uşağı olduğuna görə, özünə çatacaq məbləğdən imtina edir. Bunu keçmədikləri bir yana, əməliyyatdan çıxan uşağı anası ilə birlikdə otaqdan çıxarıb 4 saat ayaqüstə koridorda saxlayıblar...”

A.Rəhimlinin iddiasına görə, ödənişi sabahkı gün etməsi üçün xahiş etsə də, nəzərə alan olmayıb:

“Dedim, yazığınız gəlsin, gecə ilə pulu haradan tapım?! Sabah gətirib ödəyərəm. Dedilər bizə dəxli yoxdur, ödənişi etməlisiniz. Gecə ilə pul tapıb ödədikdən sonra uşağı buraxdılar”.

Şikayətçi ödənişlərinin təsvir edildiyi qəbzlərin sürətini də redaksiyamıza göndərib.
Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı ittiham

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.